«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“TRAMP PREZİDENT OLSAYDI, PUTİN BUNU EDƏ BİLMƏZDU”- Consondan ilginc açıqlamalar

Tarix: 20-01-2024 14:40 | Bölmə: Siyasət | Baxış: 116



“Qasım Süleymanini qəflətən öldürərək dünyanı heyrətə gətirən məhz Tramp oldu”

Ukraynada və Yaxın Şərqdə müharibələr davam edərkən, bütün dünyanın diqqəti həm də bu il ABŞ-də keçiriləcək prezident seçkilərindədir. 

ABŞ tarixinin bəlkə də ən zəif və qətiyyətsiz prezidentlərindən biri kimi tarixə düşəcək Co Baydenin hakimiyyətdə qalıb-qalmayacağından, yaxud gedəcəyi təqdirdə bu kürsüdə kimin oturacağından böyük ölçüdə təkcə ABŞ-nin yox, dünyanın yaxın gələcəyi xeyli dərəcədə asılıdır.

Böyük Britaniyanın sabiq baş naziri, Qərbdəki az sayda qətiyyətli və xarizmatik siyasətçilərdən biri sayılan Boris Conson “Daily Mail” nəşrində dərc olunan məqaləsində gözlənilmədən ABŞ-nin sabiq prezidenti və hazırda Baydenin əsas rəqibi olan Donald Trampı dəstəkləyib.

Conson qeyd edib ki, Trampın prezidentliyi gözlənilənlərin əksinə olaraq, bütünlükdə dünya üçün faydalı ola bilər: “Mənim fikirlərim, əlbəttə ki, ilk növbədə Ukraynaya yönəlib. Onlar qalib gələ bilərlər, gəlməlidirlər və qələbə qazanacaqlar.

Bu, onların Qərbdəki dostlarından səbr və qətiyyət tələb edəcək və buna görə də, bəli, oxuduğum məğlubiyyət cəfəngiyyatı, Respublikaçılar Partiyasının bəzi üzvlərinin sanki bu suveren və demokratik Avropa ölkəsini qaranlığa və tiranlığa məhkum etmək istəməsi məni narahat edir.

Əvvəlcə özünüzdən soruşun: 2014-cü ildə Putinin işğalından sonra Ukraynanı ilk müdafiə edən Amerika prezidenti hansı olub? “Böyük liberal beynəlmiləlçi” Barak Obamamı? Xeyr, ser. O, Putini Ukraynadan qovmaq üçün heç nə etməyib – nə Krımdan, nə də Donbasdan.

Bunu nə fransızlar, nə almanlar, nə də düzünü desəm, ”əllərini yumaq” və ukraynalıların taleyini müəmmalı şəkildə mənəvi cəhətdən iflasa uğramış “Normand formatı”na həvalə etmək qərarına gələn o vaxtkı Britaniya hökuməti etdi”.

Conson xatırladıb ki, Kiyev uğrunda döyüşdə ukraynalıların köməyinə gələn və həlledici olan “Javelin” silahlarını Ukraynaya məhz Tramp verib.

Sabiq baş nazirin fikrincə, ən azından qismən də olsa Trampın cəsarətli qərarı sayəsində “ukraynalılar dünyanı heyrətə gətirə və Putinin qoşunlarını Ukrayna paytaxtından qaçmağa məcbur edə bildilər”.

Conson xüsusi olaraq vurğulayıb ki, Trampın ukraynalıları tərk edəcəyinə “inana bilmir”. Əksinə, siyasətçi hesab edir ki, Tramp Putinlə razılığa gələ bilməyəcəyini başa düşəcək və Ukraynaya qələbə üçün lazım olan hər şeyi verərək səylərini ikiqat artıracaq.

Onun sözlərinə görə, əgər bu 4 ildə Bayden yox, Tramp Prezident olsaydı, Putin Ukraynaya hücuma cəsarət etməzdi: “2020-ci ilin əvvəlində İran İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Qasım Süleymanini qəflətən öldürərək dünyanı heyrətə gətirən məhz Tramp oldu.

Trampın prezidentliyinin sonuna qədər İrana aid çox şey eşitmədik, elə deyilmi?

Yaxud Suriyanı götürək. Bəşər Əsəd 2013-cü ildə öz xalqını kimyəvi silahlarla zəhərlədi. Amerika Barak Obamanın dövründə buna cavab olaraq nə etdi? Heç nə.

Lakin Tramp ona elə güclü zərbə vurdu və o qədər çoxlu sayda təyyarəsini məhv etdi ki, Əsəd bir daha kimyəvi silahdan istifadə etmədi.

Ona görə də Trampın əleyhinə olan bütün yüksək intellektli dostlarıma deyirəm: Sakit olun, dostlar!Nə qədər çox köpüklənsəniz və narahat olsanız, onun(Trampın-red.) tərəfdarları bir o qədər qətiyyətli olacaq və Trampın qələbəsi ehtimaldan yəqinliyə doğru artmağa davam edəcək.

Hamımız böyüməli və bu perspektivlə barışmalıyıq. Əgər o, düzgün iş görsə və ukraynalıları dəstəkləsə - inanıramda ki, bunu edəcək - Trampın prezidentliyi dünya üçün böyük qələbə ola bilər”./azpolitika

C.Məmmədov

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024