Desantis prezidentlik uğrunda yarışdan geri çəkilərək Trampı dəstəklədiyini bəyan etdi - BBC
"Qələbəmizin aydın planı olmadığı təqdirdə biz zamanımızı və resurslarımızı sərf edə bilmərik..."
"Biz əski zamanların köhnə respublikaçılar qvardiyasına və ya Heylinin təmsil etdiyi yeni örtükdə olan korporativizmə dönə bilmərik..."
Florida ştatının qubernatoru Ron Desantis bazar günü bəyan edib ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyi uğrunda mübarizəni dayandırır və bu yarışın lideri Donald Trampı dəstəkləyəcək.
Bu barədə BBC nəşri məlumat yayıb.
Bundan öncə Desantis respublikaçılar arasında Trampın ən ehtimal edilən alternativi kimi nəzərdən keçirilib.
Desantis deyib ki, Ayova ştatında ilkin seçkilərdə ikinci yeri tutandan sonra "öz tərəfdaşlarından qələbəmizin aydın planı olmadığı təqdirdə zamanımızı və resurslarımızı sərf etməyi xahiş edə bilməz".
Trampın rəqibləri üçün onun Ayova ştatında inandırıcı qələbəsi nə deməkdir?
Bir həftə öncə Ayova ştatında prezidentliyə namizədlərin ilkin partiyadaxili seçkilərində Desantis ikinci yeri tutub, Tramp isə böyük fərqlə qalib gəlib. Tramp Respublikaçılar Partiyasının bu ştatdan olan üzvlərinin 51 faizini, Desantis isə cəmi 21 faizini qazanıb.
"Aydındır ki, ilkin seçkilərdə seçicilərin əksəriyyəti Donald Trampa ikinci dəfə şans vermək istəyir, - Desantis deyib. - Mən onu dəstəkləyirəm, çünki biz əski zamanların köhnə respublikaçılar qvardiyasına və ya Niki Heylinin təmsil etdiyi yeni örtükdə olan korporativizmə dönə bilmərik".
Ron Desantisin seçki kampaniyasından çıxması barədə nitqinin videosu Uniston Çörçillin bu sözləri ilə müşayiət edilib": "Uğur qəti deyil, uğursuzluqlar labüd deyil, yalnız mübarizəni davam etdirmək əhəmiyyətlidir".
Desantis Respublikaçılar Partiyasının Nyu-Hempşir ştatında həlledici ilkin seçkilərindən cəmi iki gün öncə seçki kampaniyasını tərk edib.
Son rəy sorğuları göstərib ki, bu ştatda o, Tramp (50 %) və mülayim namizəd Heylidən (34 %) sonra üçüncü yeri (5 %) tutacaq.
Beləliklə, hazırda Respublikaçılar Partiyasından Trampın yalnız bir nisbətən ciddi rəqibi qalıb, bu da Cənubi Karolina ştatının sabiq qubernatoru və ABŞ-ın BMT-dəki sabiq səfiri, hindu mənşəli amerikalı Niki Heylidir.
Desantisin qərarı onun Trampa alternativ kimi nəzərdən keçirilməsindən bəri polulyarlığının heyrət doğuracaq qədər aşağı düşdüyünü nümayiş etdirir, "Reuters" agentliyi qeyd edib.
Florida ştatının qubernatoru Desantis kimdir və nədən Tramp ondan ehtiyat edir?
Desantisin prezidentlik uğrunda yarışdan çıxması namizədlər Niki Heyli və dörd cinayət təqibinə rəğmən, ABŞ-ın sabiq prezidenti Donald Tramp arasında təkbətək döyüşün başlanması deməkdir. Bu zaman Desantisin tərəfdarları böyük ehtimalla mülayim Heylinin deyil, Trampın tərəfinə keçəcək.
Otən il əsasən Desantisə qarşı hücumlari ilə yadda qalan Tramp Florida ştatının qubernatorunu yarışdan imtina etdiyinə görə tərifləyib və deyib ki, prezident Co Bayden üzərində qələbə uğrunda onunla birgə fəaliyyətini səbirsizliklə gözləyir.
Sabiq prezident həmçinin Heylini liberallarla "dürüst olmayan ittifaq" yaratmaqda ittiham edib və demokratlara respublikaçıların ilkin seçkilərində səs verməsinə icazə verildiyi barədə yalan iddianı təkrarlayıb.
Sorğuların nəticələrinə görə, Tramp təkcə Nyu-Hempşirdə deyil, həm də fevralın 24-də ilkin seçkilər keçiriləcək Cənubi Karolina ştatında da liderdir.
Digər xəbərlər
Tarix: 22-01-2024 20:30 | Bölmə: Siyasət | Baxış: 83

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024