«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Kemeron Türkiyə və Yaxın Şərqə gəlir - İsrail və Ankara ilə müzakirələrin gündəliyi açıqlandı

Tarix: 24-01-2024 17:30 | Bölmə: Siyasət | Baxış: 84


Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun Qəzzada davamlı atəşkəsə nail olmaq üçün İsrail, Fələstin, Qətər və Türkiyəyə səfər edəcəyi açıqlanıb.

İngiltərə Xarici İşlər Nazirliyindən verilən açıqlamada Kemeronun bu həftə bölgədəki yüksək səviyyəli liderlərlə təmaslarında Qəzzaya daha çox humanitar yardımın çatdırılması, məhbusların azad edilməsi və davamlı, daimi atəşkəsə nail olunmasına diqqət yetirəcəyi bildirilib.

Bəyanatda Kemeronun İsraildə Baş nazir Binyamin Netanyahu və xarici işlər naziri Yisrael Katz ilə görüşəcəyi, Qəzzaya humanitar yardımın sürətlə çatdırılmasını və əhəmiyyətli dərəcədə artırılmasını tələb edəcəyi bildirilib. 

Kameronun ölkəsinin mülki vətəndaşları arasında itkilərin sayının çox olması ilə bağlı narahatlığını da İsrail liderlərinə çatdıracağı qeyd edilib.

Kemeronun Qəzzaya yardım üçün Aşdod Limanı və Kerem Şalom Sərhəd Qapısı da daxil olmaqla daha çox keçid məntəqəsinin istifadəsi, su, yanacaq və elektrik təchizatının normal vəziyyətə salınması tələblərini təkrarlayacağı bildirilib.

Bəyanatda Kemeronun Türkiyədəki hökumət rəsmiləri ilə təmaslarında regional təhlükəsizlik və Yaxın Şərqdəki digər çağırışları müzakirə edəcəyi bildirilib.

Nazir deyib: “İngiltərə və Türkiyənin terror və qeyri-qanuni immiqrasiya ilə mübarizədə yaxın tərəfdaşlığı var və biz NATO və Ukraynaya dəstəyin gücləndirilməsi istiqamətində mühüm işimizi davam etdirəcəyik".

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024