«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
AŞPA-nın Azərbaycan nümayəndə heyətinin uzaqlaşdırılmasına dair - Bəyanatı

Tarix: 25-01-2024 11:20 | Bölmə: Siyasət / Aktual | Baxış: 172



“Avropa Şurası Parlament Assambleyası Azərbaycanın 20 il əvvəl Avropa Şurasına daxil olmasından irəli gələn “əsas öhdəlikləri yerinə yetirmədiyi” qənaətinə gələrək, sessiyanın açılışı günü etiraz edilən Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar qəbul edib”.

Press-fakt.com xəbər verir ki, bu barədə AŞPA-nın yaydığı bəyanatda deyilir.

“Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylı qərarları və Venesiya Komissiyasının rəylərində təsvir olunduğu kimi, Azərbaycanın azad və ədalətli seçkilər keçirmək qabiliyyəti, hakimiyyət bölgüsü, qanunverici orqanın icra hakimiyyəti ilə müqayisədə zəifliyi, məhkəmə sisteminin müstəqilliyi və insan hüquqlarına hörmətlə bağlı çox ciddi narahatlıqlar hələ də qalmaqdadır”, - Assambleyanın Moen Şentsinin (AŞPA üzvü, danimarkalı parlamentari) hesabatına əsaslanan qətnaməsində deyilir.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinin  bir il müddətinə Assambleyadan uzaqlaşdırılmasına dair qətnamə səsvermə ilə (76 lehinə, 10 əleyhinə və 4 bitərəf olmaqla) qəbul edilib.

“Assambleya Dağlıq Qarabağdakı vəziyyəti də misal gətirib, Laçın dəhlizi vasitəsilə təhlükəsiz çıxışı və “Dağlıq Qarabağın bütün erməni əhalisinin Ermənistana qaçmasına və “etnik təmizləmə” iddialarına səbəb olan 2023-cü ilin sentyabr hərbi əməliyyatını pislədiyini xatırladaraq qeyd edib ki, Azərbaycan rəhbərliyi “çox ciddi humanitar və insan haqları nəticələrini qəbul etmir.

Nəhayət, qətnamədə Assambleya ilə “əməkdaşlığın olmaması” ilə bağlı bir sıra misallar, o cümlədən onun monitorinq məruzəçilərinin siyasi motivli ittihamlarla saxlanılan şəxslərlə görüşünə icazə verilməməsi, onun qarşıdan gələn prezident seçkilərini müşahidə etməyə dəvət edilməməsi, AŞPA-nın digər məruzəçilərinin ölkəyə səfərindən imtina edilməsi göstərilib”, - AŞPA-nın yaydığı məlumatda deyilir.

Bildirilib ki, reqlamentdə nəzərdə tutulmuş şərtlər yerinə yetirildikdə, Azərbaycan nümayəndə heyəti Assambleyadakı fəaliyyətini bərpa edə bilər.

Məlumatda həmçinin qeyd olunur ki, ildə bir dəfə AŞPA-nın hər bir partiya sessiyasının açılış günündə milli parlamentlər öz nümayəndə heyətlərinin etimadnaməsini təqdim etməyə dəvət olunur və Azərbaycanın parlamenti olan Milli Məclis də on iki nəfərdən ibarət nümayəndə heyətinin etimadnaməsini təqdim edib.

“Bugünkü qərar yalnız Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinə aiddir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olmaqda davam edir”, - AŞPA-nın məlumatı belə yekunlaşır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bəyanat yayaraq, AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldiklərini bildiriblər.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024