«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“AĞ EV UKRAYNA İLƏ BAĞLI YENİ STRATEGİYA HAZIRLAYIR”- ABŞ Ukraynanın işğal edilmiş ərazilərindən “əlini üzüb”?

Tarix: 27-01-2024 13:40 | Bölmə: Siyasət | Baxış: 97



“Co Bayden administrasiyası Ukraynaya kömək üçün yeni strategiya hazırlayır. Bu strategiya Rusiya tərəfindən ələ keçirilən ərazilərin geri alınmasına deyil, Rusiyanın yeni hücumlarının dəf edilməsinə, eləcə də uzunmüddətli perspektivlərə - silahlı qüvvələrin və iqtisadiyyatın gücləndirilməsinə yönələcək”. 

Bunu “The Washington Post” özünün administrasiyadakı mənbələrinə istinadla yazıb. Nəşr qeyd edir ki, Vaşinqton “ərazilərin qaytarılmasına diqqət yetirməyəcək”.

Qeyd olunur ki, ABŞ daha çox Ukraynaya Rusiyanın yeni hücumlarını dəf etməyə kömək etməklə yanaşı, Ukrayna ordusu və iqtisadiyyatını gücləndirmək kimi uzunmüddətli məqsədə doğru irəliləyəcək “yeni strategiya” hazırlayır.

Mənbənin bildirdiyinə görə, məqsəd Ukraynanı hələlik döyüş meydanında öz mövqeyində saxlamağa nail olmaq, lakin 2024-cü ilin sonuna qədər onun daha güclü olmasını təmin edən fərqli bir trayektoriya hazırlamaqdır.

Yazıda bildirilir ki, ABŞ-nin planları Ukraynanı dəstəkləyən təxminən otuz ölkənin çoxtərəfli səylərinin bir hissəsidir və bu, ona uzunmüddətli təhlükəsizlik və iqtisadi dəstək vəd edir. Eyni zamanda, bu plan Putinə ABŞ-nin Ukrayna ilə bağlı qəti qərarlılığını nümayiş etdirməlidir.

Nəşrin məlumatına görə, bu yaz Co Bayden administrasiyası Dövlət Departamenti və Ağ Ev tərəfindən tərtib ediləcək ABŞ-nin Ukraynaya dair 10 illik öhdəliklərini bəyan etməyə ümid edir: “Bir şərtlə ki, Prezident Baydenin Ukrayna üçün əlavə 61 milyard dollar maliyyələşdirmə tələbi Konqres tərəfindən təsdiqlənsin”.

ABŞ rəsmilərinin fikrincə, bu sənəd qısamüddətli hərbi əməliyyatlara dəstək, eləcə də Rusiyanın təcavüzünün qarşısını almağa qadir olan Ukrayna silahlı qüvvələrinin gələcək inkişafına zəmanət verəcək:
“Bu, Ukraynanın sənaye və ixrac bazasının qorunmasına, bərpasına və genişləndirilməsinə kömək edəcək. Həmçinin Ukraynanın Qərb institutlarına tam inteqrasiya üçün zəruri olan siyasi islahatları təşviq edəcək konkret öhdəlikləri və proqramları özündə əks etdirəcək”.

C.Məmmədov

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024