«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
İsrail XİN BMT-nin nümayəndəliyi ilə bütün görüşləri ləğv edib

Tarix: 29-01-2024 19:45 | Bölmə: Siyasət | Baxış: 119
İsrail XİN BMT-nin nümayəndəliyi ilə bütün görüşləri ləğv edib

İsrailin Xarici İşlər Nazirliyi BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini ilə bütün görüşləri ləğv edib.

Bu barədə İsrailin xarici işlər naziri İsrael Kats bildirib.

Məlumata görə, XİN bu addımı 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda Agentliyin bir neçə əməkdaşının iştirakından şübhələndikləri üçün atıb.

İsrael Kats baş komissarın istefasını tələb edib: “Lazzarini nəticə çıxarmalı və istefa verməlidir. Terrorizmi dəstəkləyənlər burada xoş qarşılanmır”.

Bildirilib ki, bir müddət əvvəl Avstriya, Böyük Britaniya, Kanada, ABŞ və Almaniya da daxil olmaqla bir neçə ölkə təşkilatın bəzi əməkdaşlarının HƏMAS-la əlaqələrinin olduğuna dair şübhələr fonunda UNRWA-ya maliyyə ayrılmasını dayandırdıqlarını elan ediblər.

Məlumata görə, baş komissar Lazzarini keçən il HƏMAS-ın İsrailin cənubuna hücumu ilə əlaqəli olduğu iddia edilən bir neçə əməkdaşının işdən çıxarılmasına göstəriş verib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024