«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Dövlət Duması YEKDİLLİKLƏ "YARAMAZLAR HAQQINDA QANUN" QƏBUL EDİB - VİDEO

Tarix: 01-02-2024 17:10 | Bölmə: Siyasət / Ölkə | Baxış: 105

"Qanun layihəsi cəmiyyətin ənənəvi olaraq təqib edilən nümayəndələri, ilk növbədə müxalif jurnalistlərə və fəallara qarşı yönəlib..."
 
Rusiya Dövlət Duması yekdilliklə və eyni zamanda ikinci və üçüncü oxunuşda "feyklər" və "ekstremizmə çağırışlar" maddələri üzrə məhkum edilən adamların əmlakının müsadirə edilməsi haqqında qanun layihəsini qəbul edib.
 
Bu barədə "currenttime.tv" nəşri yazıb.
 
Məlumatda deyilir ki, bu qanun "ölkə əleyhinə yönələn fəaliyyətə, habelə ordunun açıq şəkildə təhqir edilməsi və nüfuzdan salınmasına görə" əmlakın müsadirə edilməsi və fəxri adlardan məhrum edilməsini nəzərdə tutur.
 
Qanunda qeyd edilir ki, yalnız əmlak və ya cinayətlərin törədilməsi üçün nəzərdə tutulan pullar götürülə bilər.
 
Rusiya Federasiyasının Cinayət Məcəlləsində dövlət əleyhinə yönələn fəaliyyət kimi o cümlədən diversiya, qaçalmaqçılıq, dövlət sirrinin yayılması, arzuolunmaz təşkilatların fəaliyyətində iştirak, rüşvət verilməsi və alınması, əmrlərin icra edilməməsi, fərarilik, bütövlükdə təxminən 30 növ cinayət aid edilir.
 
"Yaramazlar barəsində qanun qəbul edilib, - bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Teleqram-kanal"ında yazıb.
 
"Biz sizinlə dəfələrlə bu məsələni müzakirə etmişik. Mütləq əksəriyyət xaricdən bizim ölkəmizə, xüsusi hərbi əməliyyatda iştirak edən əsgər və zabitlərimizə ləkə yaxan, Kiyevin nasist rejimini maliyyələşdirən satqınların cəzalandırılmasının zəruri olduğuna tərəfdar çıxır", - o, bəyan edib", - o, yazıb.
 
"Qəbul edilən qanun öz ölkəsinə qarşı fəaliyyət göstərənləri cəzalandırmağa, bu yaramazları fəxri adlardan məhrum etməyə, habelə onların əmlakını, pullarını və digər qiymətli əşyalarını müsadirə etməyə imkan verəcək", - Volodin vurğulayıb.
 
"Vyorstka" nəşrinin mənbələrinin sözlərinə görə, qanun layihəsi cəmiyyətin ənənəvi olaraq təqib edilən nümayəndələri, ilk növbədə müxalif jurnalistlərə və fəallara qarşı yönəlib.
 
Bundan öncə düzəlişlər qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyası, habelə Rusiyanın Ali Məhkəməsi tərəfindən bəyənilib.
 
Qanun layihəsinin qüvvəyə minməsi üçün o, həm də Federasiya Şurası tərəfindən təsdiq edilməli və Rusiya prezidenti tərəfindən imzalanmalıdır.



Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024