«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Gürcüstan bundan sonra da ABŞ-la əməkdaşlığı dərinləşdirəcək"- Kobaxidze

Tarix: 03-02-2024 21:05 | Bölmə: Siyasət | Baxış: 97


"Gürcüstan hökuməti Rusiya ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə səylərini davam etdirəcək..."
 
"ABŞ-la əməkdaşlığın dərinləşdirilməsi proqramı həmçinin ölkənin Avropa İttifaqına daxil olmasını nəzərdə tutur..."
 
Gürcüstan ABŞ-la strateji tərəfdaşlığı dərinləşdirməkdə davam edəcək və Avropa İttifaqına daxil olmaq kimi tarixi məqsədinə nail olmağa səy göstərəcək.
 
Bu barədə Gürcüstanın baş naziri postuna namizəd İrakli Kobaxidzenin təqdim etdiyi hökumət proqramında deyilir.

Məlumatı "vedomosti.ru" nəşri yazıb.
 
"İndiki hökumət proqramının məqsədi iqtisadiyyatın daha çox stimullaşdırılması, hər bir vətəndaş üçün sabit və təhlükəsiz mühitin qorunub saxlanılması, demokratik təsisatların möhkəmləndirilməsi və Gürcüstanın Avropa İttifaqına daxil olması üçün səmərəli addımların atılmasıdır", - şənbə günü Gürcüstan parlamentinin saytında dərc edilmiş proqramda deyilir.
 
Sənəddə qeyd edilir ki, hökumət Rusiya ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə səylərini davam etdirəcək.
 
"Avropa dövlətinin qurulması üçün" adlanan proqramda Gürcüstanın təhlükəsizliyinin təmin edilməsi üzrə səylərindən də danışılır.
 
"2024-cü ildə Gürcüstanda ABŞ-ın Avropa komandanlığının "Trojan Footprint" xüsusi əməliyyatları qüvvələrinin çoxmillətli təlimləri və Amerika-Gürcüstan "Noble Partner" çoxmillətli təlimləri  keçiriləcək.

Gürcüstan hərbçiləri ABŞ-ın xaricdə təşkil etdiyi təlimlərdə iştirak edəcək", - proqramda deyilir.
 
Məlumat verilir ki, ABŞ-la ikitərəfli əməkdaşlıq çərçivəsində əsas diqqət hərbi texnikanın modernləşdirilməsinə yönələcək.
 
"2024-cü ildə Gürcüstan tankəleyhinə, hava hücumundan müdafiə, kəşfiyyat potensialı, pilotsuz uçuş aparatlarının və kibertəhlükəsizlik vasitələrinin istehsalı üzrə işi davam etdirəcək, - sənəddə deyilir.
 
Qeyd edilir ki, indiki şəraitdə Gürcüstan üçün tərəfdaş və dost ölkələrlə, o cümlədən Çinlə ikitərəfli münasibətlərin bundan sonra da möhkəmləndirilməsi xüsusilə vacibdir.
 
Kobaxidze bundan öncə jurnalistlərə bəyan edib ki, bu hökumət proqramı on ay müddətinə nəzərdə tutulmuş aralıq proqramıdır.
 
"Oktyabrda inandırıcı qələbədən sonra biz qarşıdakı dörd ilə yeni hökumət proqramını tədqim edəcəyik", - Kobaxidze jurnalistlərə deyib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024