«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Zaman Kiyev və onun müttəfiqlərinin tərəfindədir”- Britaniya XİN rəhbəri

Tarix: 04-02-2024 13:20 | Bölmə: Siyasət | Baxış: 91



Qərb siyasətçiləri və mediası Ukraynadakı münaqişənin perspektivləri ilə bağlı bədbin bəyanatlardan çəkinməlidir, çünki zaman Kiyev və onun müttəfiqlərinin tərəfindədir.

Bu fikri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron “The Sunday Times” qəzetinə müsahibəsində bildirib.

“Biz durğunluqdan və zamanın Ukraynanın tərəfində olmadığından danışmağı dayandırmalıyıq.

İqtisadiyyatımız Rusiyadan 25 dəfə böyükdür və biz vaxtın tərəfimizdə olduğunu nümayiş etdirmək iqtidarındayıq”, - deyən nazir, Rusiyanın münaqişəyə girməklə artıq “böyük strateji məğlubiyyət”ə düçar olduğunu bəyan edib.

Onun sözlərinə görə, bu fikri noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrinə görə Ağ Evə qayıdacağı təqdirdə Donald Trampa çatdırmaq niyyətindədir:

“Şəxsi müstəvidə Trampla qarşılıqlı əlaqə ABŞ-ın hazırkı prezidenti Co Baydendən fərqli şəkildə qurulmalı olacaq. Bununla belə, ABŞ və Britaniyanın hərbi və kəşfiyyat rəsmiləri birlikdə işləməyə öyrəşiblər.

İki ölkənin dəyərləri və bir çox problemlərə yanaşmaları da çox oxşardır. Nə ilə məşğul olmağımızdan asılı olmayaraq, biz bunun öhdəsindən gələ bilərik”./report

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024