NATO-YA ÜZV OLMAQLA İSVEÇ NƏ QAZANACAQ?- İsveçli analitikin fikri
Dünən, fevralın 5-də İsveçin NATO-ya daxil olması məsələsi nəhayət ki, həll oluna bilərdi. Macarıstanda - parlamenti hələ də “İsveç protokolu”nu təsdiqləməmiş yeganə ölkədə - tətildə olan deputatlar fevralın 5-də növbədənkənar iclasa toplaşmalı idilər. Lakin hakim “Fides” Partiyasından olan deputatlar ona məhəl qoymayıblar.
Mətbuatın yazdığına görə, “Fides” səsvermənin tətil bitdikdən sonra, fevralın 26-da keçirilməsinin tərəfdarıdır. Eyni zamanda, Macarıstan İsveçin Baş naziri Ulf Kristerssonun Budapeştə səfərinə qədər gözləmək fikrindədir.
Lakin Kristersson Macarıstan parlamenti İsveçin Şimali Atlantika Alyansına qoşulmaq ərizəsini təsdiqləyənə qədər bu ölkəyə səfər etmək niyyətində deyil.
Düzü, Türkiyə “İsveç protokolu”nu ratifikasiya etdikdən sonra Macarıstanın da eyni şeyi edəcəyinə və bunun yaxın gələcəkdə baş verəcəyinə şübhə edənlər azdır. Beləliklə, İsveçin NATO qarşısındakı son maneəsi aradan qalxacaq. Bundan sonra İsveç üçün nə dəyişəcək?
İsveçli analitik, professor, Uppsala Universitetinin Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun (IRES) tədqiqatçısı Qreq Saymons vəziyyəti Oxu.az-a şərh edib:
- Müəyyən mənada İsveç üçün çox şey dəyişməyəcək. Stokholmun bir neçə ildir ki, səy göstərdiyi siyasi məqsədə nail olunmasının rəsmi təsdiqi və tanınması olacaq. Yeri gəlmişkən, bu hərəkat Ukraynada 2022-ci ildə başlayan müharibədən xeyli əvvəl yaranıb.
Hazırkı formada İsveç qeyri-rəsmi olaraq ABŞ-a tabe olan vassal dövlətdir. Stokholm ABŞ-ın geosiyasi fəaliyyətinin obyektinə çevrilmək üçün beynəlxalq münasibətlərdə istənilən subyektlikdən əl çəkməyə hazırdır.
İsveçin NATO-ya qoşulması ilə bağlı imzalanmış protokolların mürəkkəbi quruyan kimi İsveç dövləti rəsmi surətdə ABŞ-ın vassalı olacaq. Yeri gəlmişkən, Stokholm artıq Birləşmiş Ştatlara İsveç hərbi bazalarından istifadə etməyi təklif edib.
- Türkiyə ilə İsveç arasında münasibətlər necədir, axı Ankara uzun müddət Stokholmun NATO-ya qəbuluna qarşı çıxıb?
Yeri gəlmişkən, Türkiyə parlamentinin İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi ilə bağlı qərarından sonra Ankara və Stokholm rəsmiləri arasında təmaslar intensivləşib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Ulf Kristersson ilə NATO-ya üzvlük prosesi, terrorla mübarizə və ikitərəfli əlaqələri müzakirə edib. Bundan əvvəl Türkiyə və İsveçin xarici işlər nazirləri Hakan Fidan və Tobias Billström də eyni şeydən danışmışdılar.
Bəs Türkiyə İsveçdən hansı güzəştləri almağa nail oldu? Hərbi mallara qoyulan embarqonun ləğvi, antiterror qanunvericiliyinin sərtləşdirilməsi, yoxsa başqa bir şey?
- Türkiyə praqmatik dövlətdir, regional gücdür və beynəlxalq münasibətlərdə mühüm amildir. Ankara reallıqları çox gözəl anlayır. Əgər Türkiyə tərəfi İsveçin NATO-ya üzv olmasına icazə vermək qərarına gəlibsə, bu o deməkdir ki, Türkiyə arxa fonda görülən işlərdən maksimum yararlanıb.
İsveçin NATO-ya qəbulu ilə bağlı razılaşma danışıqlarda təzyiq rıçaqı idi. Yeri gəlmişkən, Türkiyə Cümhuriyyətinin İsveç vasitəsilə istədiyi nəticəni alması heç də vacib deyil.
Avropa İttifaqı və ABŞ çox şey verdilər. Amma təbii ki, İsveç özünü yaxşı aparmağa məcbur olub, o, keçmiş təkəbbürlü hərəkətlərinin və Türkiyəyə münasibətinin əvəzini ödəyir.
- Macarıstan hansı preferensiyalar əldə edə bilər? Məlumdur ki, Stokholm və Budapeşt münasibətlərində çoxdandır sərinləşmə var. İsveç Macarıstan hökumətini “diktatura” adlandırdı, bu isə Budapeşt tərəfindən xoş qarşılanmadı və qarşılanmır.
- Hesab edirəm ki, İsveç beynəlxalq münasibətlərdə böyük rol oynamır. Stokholmun dediklərinin və etdiklərinin böyük ölçüdə əhəmiyyəti yoxdur. Eyni zamanda, ölkə daxili ziddiyyətlərdən parçalanır.
Bu vəziyyətdə “sonuncu gülən” Macarıstan olacaq. Üstəlik, Budapeştə prosesi (NATO-ya daxil olmaq - red.) sona çatdırmaq üçün hansısa cəlbedici stimullar təklif edilsə, təəccüblənmərəm.
İsveç isə yəqin ki, axmaq işlərinə davam edəcək. Ancaq fərq ondadır ki, indi o, qlobal geosiyasi dəyişikliklərin bu çətin dövründə subyektə deyil, kiminsə konkret obyektinə çevriləcək. Ola bilsin ki, artıq heç bir İsveç müstəsnalığı, eləcə də İsveçin özünəməxsus təkəbbürü olmayacaq.
Nair Əliyev
Digər xəbərlər
Tarix: 06-02-2024 17:30 | Bölmə: Siyasət / Müsahibə | Baxış: 186

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024