“MÜHARİBƏNİ BİR NEÇƏ HƏFTƏYƏ BİTİRMƏK OLAR, AMMA...”- Putin Karlsona nələr deyib?
“NATO Rusiyanın yeni ərazilər üzərində nəzarətini tanısa, müharibə bitə bilər”
Tanınmış amerikalı jurnalist, daha çox “trampçı” və Ukrayna əleyhdarıl kimi tanınan Taker Karlsonun Vladimir Putindən müsahibə götürməsi kifayət qədər böyük səs-küy və qalmaqal yaradıb.
Amerikalı jurnalist Putinin və Trampın maraqlarına xidmət etməkdə günahlandırılıb.
Karlsonun fevralıln 7-də aldığı müsahibə ötən gecə nümayiş etdirilib. Həmin müsahibədə Putin geniş mənada götürsək, demək olar ki, yeni heç nə deməyib və əsasən indiyə qədər söylədiyi tezisləri təkrarlayıb.
Əsas mövzu əlbəttə ki, Ukraynadakı müharibə olub və Putin müsahibənin 25 dəqiqəsini Ukraynanın Kremldən görünən “tarixini” izah etməyə həsr edib.
Daha sonra müharibəyə qayıdan Putin Rusiyanın hələ bu təcavüzdə qarşısına qoyduğu məqsədlərə nail olmadığını bildirib: “Biz hələ qarşıya qoyduğumuz məqsədlərə nail olmamışıq, çünki hədəflərdən biri denasifikasiyadır.
Bu, İstanbulda danışıqlar zamanı müzakirə etdiyimiz problemlərdən biridir”.
Yeri gəlmişkən, onu da qeyd edək ki, müharibə başlayanda səsləndirilən hədəflərin və bəhanələrin sayı daha çox idi.
Belə görünür ki, Ukraynada bataqlığa batdığını görən Kreml əsas hədflərinin sayını xeyli azaldıb...
Karlsonun Rusiya Prezidentinin “denasifikasiya” dedikdə nəyi nəzərdə tutduğunu soruşduqda, Putin mücərrəd bir cavab verib və deyib ki, “biz həyatda geridə qalmış nasizm nəzəriyyəsini və praktikasını qoruyub saxlamağa çalışan insanlardan qurtulmalıyıq”.
Jurnalist Putinin onun idarə etmədiyi mədəniyyət və ideologiyadan necə qurtulacağını soruşub.
Rusiya başçısı Ukraynada guya “nasizmin kökünün kəsilməsi” ilə bağlı razılaşmaların artıq müharibənin əvvəlində İstanbulda əldə edildiyini söyləyib: “Belə çıxır ki, bunu danışıqlar prosesi zamanı etmək olar.Müasir sivil dövlət kimi Ukrayna üçün burada alçaldıcı heç nə yoxdur”.
Bununla yanaşı, Putin Kreml təbliğatçılarının dediklərini təkrarlayaraq, müharibənin cəmi bitr neçə həftəyə bitə biləcəyini deyib.
Lakin bunun üçün Qərb Ukraynaya hərbi yardımı dayandırmalıdr. Yəni, bir növ hamı kənara çəkilməli və Rusiya Ukraynanı müstəqil dövlət kimi sona qədər məhv etməlidir:
“Əgər siz həqiqətən də döyüşləri dayandırmaq istəyirsinizsə, silah tədarükünü dayandırmalısınız – bir neçə həftə ərzində hər şey bitəcək, bu qədər”.
Taker Karlson Putindən nədən müharibəni dayandırmaq üçün Baydenə zəng etmədiyini soruşub: “Mən ona niyə zəng etməliyəm? Nə barədə danışmalı və ya xahiş etməliyik? Nədən danışaq ki?”
Putin Karlsona bir vaxtlar Zelenski ilə baş tutan söhbətindən danışıb. Lakin bunun konkret olaraq nə vaxt baş verdiyini söyləməyib: “Dedim: “Volodya, nə edirsən? Atan faşizmə qarşı vuruşduğu halda, bu gün Ukraynada niyə neonasistləri dəstəkləyirsən?”.
Rusiya Prezidenti Zelenskinin ona nə cavab verdiyini açıqlamayıb: “Bu, ayrı mövzudur və məncə, bunu açqlamaq düzgün deyil”.
Karlson Zelenskinin indi öz ölkəsinə hansısa şəkildə kömək etmək üçün Rusiya hakimiyyəti ilə danışa bilib-bilməyəcəyini soruşduqda, Putin belə cavab verib: “Niyə də olmasın? O, bacarar".
Lakin Rusiya Prezidentinin sözlərinə görə, Ukrayna Vaşinqtonun göstərişi ilə Rusiya ilə danışıqlardan imtina etmək qərarına gəlib və indi ABŞ bu səhvi düzəltməlidir.
Putin çıxış yolu da təklif edib: “NATO Rusiyanın yeni ərazilər üzərində nəzarətini adekvat şəkildə tanıya bilər. İstək olarsa, variantlar var...
Qərb Rusiyanın strateji məğlubiyyətinin mümkünsüzlüyünü dərk etməyə başlayıb, qoy bundan sonra nə edəcəklərini düşünsünlər, biz dialoqa hazırıq”.
Putinin ümumilikdə kifayət qədər böyük olan müsahibəsini bir neçə tezislə ifadə etmək olar:
-“Rusiya 2022-ci ildə (Ukraynaya qarşı) müharibəyə başlamayıb, Rusiyanın məqsədi Ukraynanın 2014-cü ildə başladığı müharibəni bitirməkdir”.
-“Rusiya danışıqlardan imtina etməyib”.
-“Minsk razılaşmaları ilə bağlı situasiyada Rusiyanı aldadıblar”.
-“Rusiya könüllü və fəal şəkildə Sovet İttifaqının dağılmasına razılaşmışdı və bunun Qərb tərəfindən “əməkdaşlığa və müttəfiqliyə dəvət kimi qəbul ediləcəyinə ümid etmişdi”.
-“Ukraynanın qərbində yaşayan macarlar öz torpaqlarını tarixi vətənlərinə qaytarmaq istəyirlər”.
-“Kiyevdəki inqilab “dövlət çevrilişi” olub”.
-"Qlobal müharibə sağlam düşüncəylə ziddiyyət təşkil edir və bu, bəşəriyyəti məhv olmaq həddinə çatdıracaq".
-"Rusiyanın nə Polşaya, nə Latviyaya, nə də başqa bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Yalnız onlar tərəfindən hücum olarsa, Moskva qoşun göndərmək barədə düşünə bilər".
-"Rusiyanın hipersəs zərbə sistemləri hər gün təkmilləşdirilir, lakin bu, yalnız məcburi cavabdır".
-“Rusiya və Ukrayna gec-tez razılığa gələcək”.
C.Məmmədov
Digər xəbərlər
Tarix: 09-02-2024 11:55 | Bölmə: Siyasət | Baxış: 104

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024