TRAMP NATO-nu “SİLKƏLƏYİR”...- “Mən Rusiyanı istədiklərini etməyə təşviq edərdim”
ABŞ-ın “gələcək prezidenti” Putini sevindirməkdə davam edir
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Cənubi Karolinada seçkiqabağı mitinqdə çıxış edərkən, dövlət başçısı kimi NATO ölkələrindən alyans qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyi tələb etdiyini bildirib.
“The New York Times”-ın bununla bağlı məlumatında deyilir ki, Tramp bu açıqlamasında Rusiyanın işğalçılıq addımlarını təşviq etməyə belə hazır olduğunu ifadə edib.
Çünki Trampın sözlərinə görə, o, ABŞ-ın Avropadakı müttəfiqlərini Rusiyanın mümkün hücumu halında ABŞ-ın onları müdafiə etməyəcəyi ilə hədələyib.
Mitinqdə Tramp adını açıqlamadığı “böyük ölkənin” (Almaniyanı nəzərdə tutduğu ehtimal olunur-red.) prezidenti ilə söhbətini danışıb: “O, məndən soruşdu: "Yaxşı, əgər biz pul verməsək və Rusiya bizə hücum etsə, bizi qoruyacaqsınız?"
Mən cavab verdim: “Xeyr, sizi müdafiə etməzdim. Əslində, mən onları (Rusiyanı) istədiklərini etməyə təşviq edərdim! Siz hesablarınızı ödəməlisiniz”.
Göründüyü kimi, ABŞ-da prezident seçkilərinə 9 ay qaldığı bir vaxtda Respublikaçı namizədlər arasında öndə gedən Tramp artıq təxribat xarakterli bəyanatları ilə NATO paytaxtlarında gərginliyi artırır.
İlk olaraq Ağ Ev dərhal Trampın bu açıqlamasına qəzəbli reaksiya verib. Ağ Evin sözçüsü bunu “dəhşətli və ağılsız çıxış” adlandırıb: “Tramp beləliklə ən yaxın müttəfiqlərimizin ərazisinin qanlı rejimlər tərəfindən işğalını dəstəkləyir”.
NATO-nun Baş katibi Yens Stoltenberq də Trampın dediklərinə eyni dərəcədə sərt şəkildə cavab verib: “Alyans üzvlərinin bir-birini qorumayacağına dair hər hansı fikir ABŞ-nin təhlükəsizliyi də daxil olmaqla, ümumi təhlükəsizliyi pozur, həmçinin, Amerika və Avropa əsgərlərini əlavə riskə məruz qoyur”.
Trampın ABŞ-ın digər ölkələrin müdafiəsi üçün pul ödəməli olması ilə bağlı şikayətlərinə gəlincə, 2023-cü ildə ABŞ-nin hərbi xərcləri ÜDM-in 3,49%-ni təşkil edib.
İngiltərə ÜDM-inin 2,07%-ni xərcləyib, Almaniya, Fransa, İtaliya və İspaniya isə razılaşdırılmış 2%-lik həddən bir qədər az hərbi məsrəflər edib.
Maraqlıdır ki, faiz baxımından ən çox pul xərcləyənlər isə Rusiya sərhədlərinə ən yaxın olan nisbətən kiçik və zəif NATO ölkələridir...
Hazırda həm NATO, həm də bütövlükdə Qərb dünyasının çətin günlər keçirdiyini nəzərə alsaq, Trampın bu cür açıqlamaları son dərəcə təhlükəlidir.
Onun elə dərin strateji düşüncəli birisi olmadığını və daşıdığı şizofreniya əlamətlərini nəzərə alsaq , Trampın bunu bilərəkdən, yaxud bilmədən söylədiyini demək çətindir.
Ancaq hər halda, onun NATO-nun bugünü və gələcəyi ilə bağlı absurd açıqalmasını Vladimir Putinin Taker Karlsona müsahibəsindən dərhal sonra səsləndirməsi birmənalı qarşılana bilməzdi.
Çünki Trampın dedikləri Putinin həmin müsahibədəki NATO ilə bağlı fikirlərilə üst-üstə düşür. Sanki hər iki “lider” eyni ələ oyanyırlar...
Bu açıqlama bir daha göstərdi ki, Trampın siyasi, strateji düşüncə miqyası, dünyagörüşü ABŞ-ın prezidentliyi vəzifəsinə qətiyyən uyğun deyil.
Bütün bunlar sıradan bir “kommersant” kimi hər şeyə pul, iqtisadi mənfəət, şəxsi maraq və şou, populizm gözü ilə baxan Trampın ABŞ-nin dünya birliyi, bəşəriyyət qarşısındakı məsuliyyətini anlamadığına dair ciddi şübhələr yaradır.
Onun bu və buna bənzər açıqlamaları bir daha göstərir ki, ABŞ cəmiyyətinin və siyasi elitasının ortalığa açıq demensiya əlamətləri olan Bayden və şizofreniya əlamətləri daşıyan Trampdan başqa adekvat, normal prezidentliyə namizəd çıxara bilməməsi ABŞ-ın özünü bir dövlət kimi böyük təhlükə qarşısında qoyur...
C.Məmmədov
Digər xəbərlər
Tarix: 12-02-2024 13:00 | Bölmə: Siyasət | Baxış: 92
ABŞ-ın “gələcək prezidenti” Putini sevindirməkdə davam edir
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Cənubi Karolinada seçkiqabağı mitinqdə çıxış edərkən, dövlət başçısı kimi NATO ölkələrindən alyans qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyi tələb etdiyini bildirib.
“The New York Times”-ın bununla bağlı məlumatında deyilir ki, Tramp bu açıqlamasında Rusiyanın işğalçılıq addımlarını təşviq etməyə belə hazır olduğunu ifadə edib.
Çünki Trampın sözlərinə görə, o, ABŞ-ın Avropadakı müttəfiqlərini Rusiyanın mümkün hücumu halında ABŞ-ın onları müdafiə etməyəcəyi ilə hədələyib.
Mitinqdə Tramp adını açıqlamadığı “böyük ölkənin” (Almaniyanı nəzərdə tutduğu ehtimal olunur-red.) prezidenti ilə söhbətini danışıb: “O, məndən soruşdu: "Yaxşı, əgər biz pul verməsək və Rusiya bizə hücum etsə, bizi qoruyacaqsınız?"
Mən cavab verdim: “Xeyr, sizi müdafiə etməzdim. Əslində, mən onları (Rusiyanı) istədiklərini etməyə təşviq edərdim! Siz hesablarınızı ödəməlisiniz”.
Göründüyü kimi, ABŞ-da prezident seçkilərinə 9 ay qaldığı bir vaxtda Respublikaçı namizədlər arasında öndə gedən Tramp artıq təxribat xarakterli bəyanatları ilə NATO paytaxtlarında gərginliyi artırır.
İlk olaraq Ağ Ev dərhal Trampın bu açıqlamasına qəzəbli reaksiya verib. Ağ Evin sözçüsü bunu “dəhşətli və ağılsız çıxış” adlandırıb: “Tramp beləliklə ən yaxın müttəfiqlərimizin ərazisinin qanlı rejimlər tərəfindən işğalını dəstəkləyir”.
Trampın ABŞ-ın digər ölkələrin müdafiəsi üçün pul ödəməli olması ilə bağlı şikayətlərinə gəlincə, 2023-cü ildə ABŞ-nin hərbi xərcləri ÜDM-in 3,49%-ni təşkil edib.
İngiltərə ÜDM-inin 2,07%-ni xərcləyib, Almaniya, Fransa, İtaliya və İspaniya isə razılaşdırılmış 2%-lik həddən bir qədər az hərbi məsrəflər edib.
Maraqlıdır ki, faiz baxımından ən çox pul xərcləyənlər isə Rusiya sərhədlərinə ən yaxın olan nisbətən kiçik və zəif NATO ölkələridir...
Hazırda həm NATO, həm də bütövlükdə Qərb dünyasının çətin günlər keçirdiyini nəzərə alsaq, Trampın bu cür açıqlamaları son dərəcə təhlükəlidir.
Onun elə dərin strateji düşüncəli birisi olmadığını və daşıdığı şizofreniya əlamətlərini nəzərə alsaq , Trampın bunu bilərəkdən, yaxud bilmədən söylədiyini demək çətindir.
Ancaq hər halda, onun NATO-nun bugünü və gələcəyi ilə bağlı absurd açıqalmasını Vladimir Putinin Taker Karlsona müsahibəsindən dərhal sonra səsləndirməsi birmənalı qarşılana bilməzdi.
Çünki Trampın dedikləri Putinin həmin müsahibədəki NATO ilə bağlı fikirlərilə üst-üstə düşür. Sanki hər iki “lider” eyni ələ oyanyırlar...
Bu açıqlama bir daha göstərdi ki, Trampın siyasi, strateji düşüncə miqyası, dünyagörüşü ABŞ-ın prezidentliyi vəzifəsinə qətiyyən uyğun deyil.
Bütün bunlar sıradan bir “kommersant” kimi hər şeyə pul, iqtisadi mənfəət, şəxsi maraq və şou, populizm gözü ilə baxan Trampın ABŞ-nin dünya birliyi, bəşəriyyət qarşısındakı məsuliyyətini anlamadığına dair ciddi şübhələr yaradır.
Onun bu və buna bənzər açıqlamaları bir daha göstərir ki, ABŞ cəmiyyətinin və siyasi elitasının ortalığa açıq demensiya əlamətləri olan Bayden və şizofreniya əlamətləri daşıyan Trampdan başqa adekvat, normal prezidentliyə namizəd çıxara bilməməsi ABŞ-ın özünü bir dövlət kimi böyük təhlükə qarşısında qoyur...
C.Məmmədov
Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024