«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
NATO-da BÖHRAN YARADACAQ TƏFƏRRÜAT - 31 üzvdən cəmi 11-i bu öhdəliyi yerinə yetirir

Tarix: 13-02-2024 13:37 | Bölmə: Siyasət | Baxış: 106



ABŞ noyabrın 5-də keçiriləcək prezident seçkiləri ab-havasına daxil olarkən keçmiş prezident, Respublikaçılar Partiyasının namizədi Donald Trampın NATO ilə bağlı dediyi sözlər ciddi müzakirə mövzusuna çevrilib.

Tramp bildirib ki, Rusiyaya müdafiə xərcləri ilə bağlı öhdəliklərini yerinə yetirməyən NATO ölkələrinə istədiyini etməyə icazə vermək lazımdır. O, Alyansa borcu olan ölkələri qorumağın düzgün olmadığını vurğulayıb.

Trampın bu açıqlamalarının NATO ölkələrində müzakirələrə səbəb olduğu bir vaxtda, Böyük Britaniyanın “Daily Mail” nəşrində NATO-ya üzv ölkələrin hərbi xərcləri ilə bağlı maraqlı bir məqalə yayımlanıb.

Məqalədə qeyd olunub ki, 2014-cü ildə NATO-ya üzv ölkələr ümumi daxili məhsulun (ÜDM) 2%-ni müdafiə xərclərinə ayırmağı öhdəlik kimi qəbul etsələr də, bütün üzvlər bu öhdəliyə əməl etməyib.

Qeyd olunur ki, NATO-nun 31 üzvündən yalnız 11-i bu öhdəliyi yeriniə yetirib. Nəşrin paylaşdığı qrafikdə göstərilib ki, Avropanın üçdə biri hərbi xərcləri üçün lazımi səviyyədə vəsat ayırmayıb.


“2023-cü ildə 31 NATO ölkəsindən yalnız 11-i ÜDM-in 2%-i olan müdafiə xərcləri hədəfinə çatıb.

Bu üzvlər - Polşa, ABŞ, Yunanıstan, Estoniya, Litva, Finlandiya, Rumıniya, Macarıstan, Latviya, Böyük Britaniya və Slovakiyadır. Birliyin qurucu üzvləri olan Fransa və Almaniya müvafiq olaraq 1,9% və 1,57% göstərici ilə baryeri keçə bilməyiblər.

Almaniya rəsmiləri Rusiyanın Ukrayna müharibəsi fonunda yaradılmış 1 milyard avroluq xüsusi fondun sayəsində bu il 2%-lik hədəfə çatmağı gözlədiklərini bildiriblər”,-deyə nəşr qeyd edib.

NATO rəqəmlərinə görə, ÜDM-ə nisbətən ən az hərbi xərci olan ölkələr - İspaniya, Belçika və Lüksemburq olub.

Lüksemburqun digər NATO ölkələri ilə müqayisədə kiçik ölçüsü və resursları nəzərə alınmaqla eyni tələblərə cavab verməsi gözlənilmir və İslandiya isə NATO-nun qurucu üzvü olmasına baxmayaraq, öz ordusu olmadığı üçün siyahıda yoxdur.

Bununla belə, hazırkı rəqəmlərə görə, müdafiə xərcləri ÜDM-in 1,5%-dən aşağı olaraq qalan İslandiya və Lüksemburq istisna olmaqla, yeddi üzv dövlət var. Bu ölkələrdən biri də Türkiyədir. Bildirilib ki, Türkiyənin xərcləri ÜDM-in 1,31 faizinə bərabərdir.

“Daily Mail” yazır ki, hərbi xərcləri aşağı olan dövlətlər Böyük Britaniya və ABŞ-nin köməyinə arxalanırlar.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024