«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Bayden və Trüdo Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər

Tarix: 07-05-2022 14:32 | Bölmə: Siyasət | Baxış: 198
Bayden və Trüdo Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər
Co Bayden və Vladimir Putin


ABŞ prezidenti Co Bayden və Kanadanın baş naziri Castin Trüdo telefon danışığı zamanı Rusiyaya qarşı sanksiyaları və Ukraynaya yardım göstərilməsi məsələsini müzakirə ediblər.

Xarici KİV xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında məlumat verilib.
"Prezident Co Bayden bu gün Kanadanın baş naziri Castin Trüdo ilə danışıb. Hər iki lider Ukrayna hökumətinə milyonlarla ukraynalıya təhlükəsizlik, iqtisadi və humanitar yardım göstərmək üçün davam edən səylərini nəzərdən keçirib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Bayden “bu böhran zamanı Kanada ilə sıx tərəfdaşlığı və onun Rusiyaya qarşı hərtərəfli sanksiyalar və məhdudiyyətlər tətbiq etməkdə liderliyini yüksək qiymətləndirib”. Ağ Evdən verilən məlumatda həmçinin qeyd edib ki, Bayden və Trüdo iyun ayında Amerika qitəsində keçirilməsi nəzərdə tutulan qarşıdan gələn sammiti müzakirə ediblər.

Fevralın 24-dən sonra baş verən işğala etiraz olaraq bir sıra Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı bir neçə sanksiya paketi tətbiq edib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır. O deyib ki, bu sanksiyalar bütün dünya iqtisadiyyatına ciddi zərbə vurur və qadağalar davam etdikcə bunu ağır nəticələrinə hamı qatlaşmalı olacaq. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Putin əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.

Dövlət başçısının sözlərinə görə, Rusiya özünü təcrid etmək fikrində deyil, onu müasir dünyada ciddi şəkildə təcrid etmək olmaz.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024