«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Münhen Təhlükəsizlik Konfransı: Ukrayna və İsrail başlıca mövzulardır

Tarix: 16-02-2024 22:44 | Bölmə: Siyasət | Baxış: 111
Münhen Təhlükəsizlik Konfransı: Ukrayna və İsrail başlıca mövzulardır

"Beynəlxalq birlik böyük qlobal böhran içərisində ilişib qalıb..."
 
"Rusiyanın Ukraynada hərbi əməliyyatı Avropanın təhlükəsizlik nizamının qalıqlarını dağıdıb..."
 
Almaniyada Təhlükəsizlik üzrə 60-cı illik Münhen konfransı öz işinə başlayıb.
 
Bu barədə "dw.com" nəşri yazıb.
 
Məlumatda deyilir ki, dövlət başçıları, hərbçi və diplomatların forumu fevralın 18-dək davam edəcək. Gözlənildiyi kimi, əsas mövzular Ukrayna və İsraildə müharibəyə həsr edilib.
 
Həmçinin beynəlxalq hüququn aliliyi və BMT Təhlükəsizlik Şurasının mümkün islahatı məsələlərinin də müzakirəsi gözlənilir.
 
Ukraynada müharibə başlanandan Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfədir ki, forumda iştirak edir.
 
ABŞ Dövlət katibi Entoni Blinkenin də iştirakı gözlənilir. Ötən ildə olduğu kimi, Rusiya nümayəndələri konfransda olmayacaq.
 
İsraili Münhen forumunda prezident İshaq Hersoq və XİN rəhbəri İsrael Kats təmsil edir.
 
Konfransda həmçinin Fələstin Muxtariyyəti və qonşu ərəb ölkələrindən Qətər, Səudiyyə Ərəbistanı, İordaniya və Misir nümayəndələri iştirak edir.
 
Forumda əsas müzakirə ediləcək sənəd Təhlükəsizlik üzrə Münhen hesabatıdır. Bu il hesabat "Lose-Lose?" adlanır, tərcümədə "Hamı uduzacaq?" deməkdir.
 
Müəlliflər hesab edir ki, bu gün səmərəli qlobal idarəetməni irəliyə aparmaq əvəzinə, beynəlxalq birlik "son dərəcə böyük qlobal böhranda ilişib qalıb" və "zəmanəmizin böyük dramatik çağırışlarının öhdəsindən gəlməyə hazır deyil və ya gələ bilmir".
 
Hesabatda qeyd edilir ki, Rusiyanın Ukraynada hərbi əməliyyatı "Avropanın əməkdaşlığa əsaslanan təhlükəsizlik nizamının qalıqlarını" dağıdıb.
 
Həmçinin qeyd edilir ki, "HƏMAS-ın terror hücumları müharibənin regionumuzda genişləndirilməsi ehtimalı səbəbindən ciddi narahatlıq doğurur.
 
Konfransın rəhbəri Kristof Hoysgen vurğulayıb ki, hazırkı hesabat "dünya siyasətində geosiyasi gərginliyin və iqtisadi qeyri-müəyyənliyin artması ilə səciyyələnən geriləmə meylini əks etdirir".
 
Ölkələrin əməkdaşlığı azalıb və getdikcə yalnız öz maraqlarını güdür, ona görə də indiki böhranların əksəriyyətində bütün cəlb olunan tərəflər uduzur, siyasi qeyri-müəyyənlik isə artır.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024