«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“KONQRES YARDIMI NƏZƏRDƏN KEÇİRƏRKƏN, Ukrayna daha çox şəhərini itirə bilər”- Bayden

Tarix: 18-02-2024 14:00 | Bölmə: Siyasət | Baxış: 139


ABŞ prezidenti Co Bayden Ukrayna üçün mübarizə aparacağını söyləyib.

O bildirib ki, ABŞ Konqresi Ukraynaya yardımı nəzərdən keçirdiyi bir zamanda, ölkə daha çox şəhərini itirə bilər.

Bayden deyib ki, o, Kiyevi maliyyələşdirmək üçün Konqreslə yeni vəsaitlərin ayrılması üzrə aparılan danışıqların uğurlu olacağına inanır. Lakin o vaxta qədər Rusiyanın Ukraynada daha çox şəhəri öz nəzarətinə ala biləcəyindən narahatdır.

“Xeyr, əmin deyiləm. Heç kim də əmin ola bilməz ki, bu müddət ərzində Rusiya Ukraynada yeni şəhərlər ələ keçirməyəcək.

Ona görə də mən Ukraynaya lazım olan sursatların alınması üçün mübarizə aparacağam”, - deyə ABŞ Prezidenti bəyan edib./mk.ru

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024