«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Ukrayna bu savaşdan müstəqil və demokratik ölkə kimi çıxacaq"- ABŞ-ın vitse-prezidenti

Tarix: 18-02-2024 21:00 | Bölmə: Siyasət | Baxış: 119



"Ukraynaya dəstək ABŞ-ın strateji maraqlarına cavab verir və biz bu dəstəyə sadiqik..."
 
"Rusiya törətdiklərinin bədəlini ödəməlidir və bizim kollektiv gücümüz Putinin məğlubiyyətinin rəhnidir..."
 
ABŞ Ukraynaya yardımla bağlı güclü bəyanat verib
 
ABŞ vitse-prezidenti Kəmalə Harris vurğulayıb ki, ABŞ Ukraynaya dəstək göstərməkdə davam edəcək, Rusiya isə törətdiklərinin bədəlini ödəyəcək.
 
Bu barədə o, Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bəyan edib.
 
"İki il öncə Münhendə bir çoxları Kiyevin çökəcəyini və bunun bir neçə gün ərzində baş verəcəyini düşünüb. Ukrayna xalqının igidliyi və ABŞ başda olmaqla 50 ölkədən ibarət koalisiyanın dəstəyi sayəsində Kiyev azad paytaxt olaraq qalır", - Harris qeyd edib.
 
O qeyd edib ki, Ukrayna öz mübarizəsində fövqəladə nəticələrə və fövqəladə uğura nail olub.
 
"Rusiyanın iqtisadiyyatı Ukraynanın iqtisadiyyatından 10 dəfə, əhalisi 3 dəfə çoxdur, həm də nə zamansa dünyada ikinci hesab edilən orduya malikdir. 
 
Siz Rusiyanın hücumu qarşısında gücünüzü nümayiş etdirir, siz Rusiyanın münaqişənin əvvəlində zəbt etdiyi ərazinin yarıdan çoxunu bərpa etmisiniz. Və siz Rusiyanın Qara dəniz Donanmasına böyük ziyan vurmusunuz",
- vitse-prezident deyib.
 
O, əlavə edib ki, Ukrayna, o cümlədən mülki infrastruktura qarşı fövqəladə hücumlara rəğmən, özünün elektrik enerjisini istehsal etməkdə davam edir.
 
"Siz Ukraynanın Qərbə inteqrasiya edilməsi üçün yardım alırsınız. Bizim kollektiv gücümüz Putinin məğlubiyyətinin rəhnidir. Biz ölkənizə dəstəyimizə sadiqik, bu dəstəyin davam etdirilməsi ABŞ-ın strateji maraqlarına cavab verir", - Harris vurğulayıb.
 
O, qeyd edib ki, biz Rusiya prezidenti Vladimir Putin kimi təcavüzkara torpaqların cəzasız zəbt etməyin mümkün olmadığını nümayiş etdirməliyik.
 
"Biz Ukraynaya dəstəkdə birləşmişik. Bu gün prezident Zelenski və mən ABŞ və dünya birliyinin Ukraynaya cari dəstəyi barədə səmərəli fikir mübadiləsi aparmışıq. Və biz Ukraynaya döyüş meydanında yardımdan danışmışıq", - o, deyib.
 
Bundan başqa, Harris əlavə edib ki, bu ərəfədə "ABŞ tərəfindən hər iki palatada Ukraynaya dəstək var".
 
"Prezident Bayden və mən Ukraynanın uğur qazanması üçün lazım olan resursların təmin edilməsi üzərində işləməkdə davam edəcəyik.
 
Biz ədalətli şərtlərlə ədalətli sülhə nail olmaq üçün sizin səylərinizi dəstəkləməkdə davam edəcəyik.
 
Biz Rusiyanın törətdiklərinə görə bədəl ödəməli olacağı prinsipini rəhbər tuturuq. Biz Ukraynanı bu savaşdan çıxan azad, demokratik və müstəqil ölkə kimi görəcəyik", - Harris vurğulayıb.
 
Bu arada isə NATO ABŞ-ın Ukrayna ilə bağlı tərəddüdlərini şərh edib.
NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-ın "üzərinə gedərək", Ukraynaya yardımın aşağı səviyyədə olmasına görə ona xəcalət verib.
 
Söhbət Konqresdə qanunvericilərin Kiyevə yardımı hələ də razılaşdırılmamasından gedir. Stoltenberqin sözlərinə görə, Ukraynanın bəzi müttəfiqləri ABŞ-a nisbətən daha çox pullar ayırıb.
 
O, hesab edir ki, bu məsələnin ləngiməsi müharibəyə neqativ təsir göstərir və bu, Ukraynada döyüş meydanında artıq hiss edilir.
 
O, həmçinin qeyd edib ki, Konqresə hər-hansı məsləhət vermək onun səlahiyyətində deyil, lakin Ukraynaya hərbi yardım paketi çox vacib tələbatdır və bu məsələ öz həllini tapmalıdır.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024