«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
PARİSİN FİASKOSU: DÖVRİYYƏYƏ ŞOLTS GİRİR?- “Kommersant”

Tarix: 19-02-2024 16:30 | Bölmə: Siyasət | Baxış: 109


Almaniya Rusiyanın təşəbbüsünü ələ alaraq Azərbaycan və Ermənistan arasında yeni vasitəçi ola bilər.

Bu barədə "Kommersant" nəşri yazıb.

Məqalə müəllifi qeyd edir ki, Almaniya kansleri Şolts özünü Ermənistanla Azərbaycan arasında vasitəçi rolunda sınayır:

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Paşinyan Almaniya kansleri Şoltsun vasitəçiliyi ilə bu il Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ilk görüşünü keçirərək, sülh müqaviləsi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.

Bakının ABŞ və Fransanın vasitəçiliyindən imtina etdiyi, İrəvanın isə Qərb platformalarına üstünlük verdiyi bir şəraitdə Berlin təşəbbüsü Moskvadan ələ keçirib, Cənubi Qafqazda nizamlanmanın əsas vasitəçisinə çevrilməyə cəhd edə bilər”.

Məqalədə Şoltsun səyləri nəticəsində sülh müqaviləsinin Qərb platformasında canlandırıla biləcəyi vurğulanıb:

“Bütün bunların fonunda kansler Şoltsun səyləri ilə Berlinin gözlənilmədən Paris və Vaşinqton kimi Bakıda düşmənçilik yaratmayan başqa bir Qərb vasitəçisi roluna yüksəldilməsi sülh müqaviləsi bağlamaq ideyasını rus platformasında deyil, Qərbdə canlandıra bilər.

Münhen görüşündən sonra belə bir perspektiv yaranır ki, Qərbin Cənubi Qafqazda sülhməramlılığı üçün ikinci nəfəs açılır”.

Qeyd edək ki, Münhendə Əliyev və Paşinyan arasında görüş Şoltsun vasitəçiliyi deyil, təşəbbüsü ilə baş tutub. Görüş isə ikitərəfli qaydada keçirilib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024