«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
İsrail Braziliya Prezidentini üzr istəyənə qədər “persona non-qrata” elan etdi

Tarix: 19-02-2024 19:40 | Bölmə: Siyasət | Baxış: 107



İsrailin xarici işlər naziri İsrael Kats Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın üzr istəyənə və İsraili Hitler Almaniyası ilə müqayisə etməkdən imtina edənə qədər İsraildə “persona non qrata” elan edildiyini bildirib.

Bu barədə İsrail XİN başçısı öz “X” sosial şəbəkə hesabında məlumat yayıb.

“Bu səhər mən Braziliyanın İsraildəki səfirini Yad Vaşem Holokost memorial mərkəzinə - nasistlərin və Hitlerin yəhudilərə, o cümlədən ailə üzvlərimə etdiklərinə şahidlik edən yerə çağırdım. 

Biz bağışlamayacağıq və biz unutmayacağıq. Mən öz adımdan və İsrail vətəndaşları adından Prezident Lulaya məlumat verdim ki, o, üzr istəyənə və sözünü geri götürənə qədər İsraildə “persona non qrata”dır”, - Kats bildirib. 

“Braziliya Prezidentini İsrailin HƏMAS-a qarşı ədalətli müharibəsi ilə 6 milyon yəhudini məhv edən Hitler və nasistlərin hərəkətləri arasında etdiyi müqayisə Holokost qurbanlarının xatirəsini ləkələyən ciddi antisemitizm hücumudur”, - deyə İsrail XİN rəhbəri əlavə edib. 

Qeyd edək ki, Braziliya Prezidenti fevralın 18-də İsrailin Qəzza zolağını bombalaması nəticəsində dinc əhalinin qətliamının təbiətcə Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə oluna biləcəyini bildirmişdi. 

Digər tərəfdən, İsrailin Baş naziri Benyamin Netanyahu da həmin gün bəyanat verərək, Braziliya Prezidentinin açıqlamalarının utanc verici olduğuna işarə etmiş, “İsrailin hərəkətlərini Holokost və Hitlerlə müqayisə etmək qırmızı xətti keçmək deməkdir”, - demişdi.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024