«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Ukraynaya qoşun göndərmək hər bir ölkənin suveren qərarıdır”- Kirbi

Tarix: 28-02-2024 18:05 | Bölmə: Siyasət | Baxış: 103



“Qoşunların Ukraynaya mümkün göndərilməsi, Vaşinqtonun fikrincə, hər bir NATO müttəfiqinin öz ölkəsi ilə bağlı verəcəyi suveren qərardır, ancaq istər ABŞ, istərsə də NATO artıq belə planlarının olmadığını açıqlayıblar”.

Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Fransa Prezidenti Emmanuel Makronun bu mövzuda bəyanatlarını şərh edərkən deyib.

“Siz də eşitdiniz ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun himayəsi altında Ukraynaya qoşun göndərmək planının və ya niyyətinin olmadığını bəyan etdi. 

Eyni şəkildə ABŞ Prezidenti Co Bayden də münaqişənin əvvəlindən ABŞ qoşunlarının hərbi əməliyyatlar aparmaq üçün Ukraynada olmayacağını açıq şəkildə bildirmişdi”, - deyə Kirbi əlavə edib.

“Qoy Prezident Makron öz qoşunları ilə nə etmək və ya etməmək istədiyi barədə özü danışsın. Prezident Bayden isə ABŞ qoşunlarının Ukraynadakı münaqişəyə müdaxiləsini dəstəkləmir”, - Ağ Evin sözçüsü qeyd edib.

MTŞ rəsmisinə həmçinin ABŞ-nin Ukraynaya birbaşa döyüş əməliyyatları ilə bağlı olmayan məqsədlər üçün qoşun göndərə biləcəyi ilə bağlı sual da verilib.

“Xeyr, Ukraynadakı yeganə ABŞ hərbçiləri müdafiə attaşesinin ofisinin bir hissəsi kimi səfirliklə əlaqəli olanlardır. Onlar Ukraynaya verilən silah və sistemlərə görə məsuliyyət daşımaqda bizə kömək etmək baxımından mühüm işlər görürlər”, - Kirbi cavab verib.

Qeyd edək ki, fevralın 26-da Makron Aİ ölkələrindən Ukraynaya qoşun göndərilməsi ehtimalını istisna etməyib. O bildirib ki, Parisdə keçirilən konfransda Aİ ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsi imkanları müzakirə olunub.

Öz növbəsində Makronun açıqlamalarını şərh edən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov xəbərdarlıq edib ki, NATO qoşunları Ukraynaya göndərilsə, NATO ilə Rusiya arasında birbaşa hərbi münaqişə qaçılmaz olacaq.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024