«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Avropa Parlamenti NAVALNININ QƏTLİ ilə bağlı QƏTNAMƏ qəbul edib

Tarix: 01-03-2024 22:35 | Bölmə: Siyasət | Baxış: 136
Avropa Parlamenti Navalnının qətli ilə bağlı qətnamə qəbul edib

"Avropa Parlamentinin deputatları ərinin işini davam etməkdə qətiyyətli olan Yuliya Navalnayanı tamamilə dəstəkləyir..."
 
"Avropa Parlamenti Rusiya rejiminin imperialist və yeni müstəmləkəçilik siyasətini qətiyyətlə pisləyir..."
 
Rusiya müxalifətinin lideri Aleksey Navalnı qətlə yetirilib və buna görə Rusiya və şəxsən prezident Vladimir Putin "siyasi və cinayət" məsuliyyəti daşıyır.
 
Press-fakt.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin Navalnının qətli ilə bağlı qəbul etdiyi qətnaməsində deyilir. Məlumatı "dw.com" nəşri yayıb.
 
Qətnamədə vurğulanır ki, deputatlar ərinin işini davam etdirməkdə qətiyyətli olan Yuliya Navalnayanı tamamilə dəstəkləyir.
 
506 səs lehinə, 9 səs əleyhinə və 32 bitərəf qalmaqla qəbul edilən sənəddə deyilir:
 
- Avropa Parlamentinin deputatları Navalnının qətlinin müstəqil və şəffaf beynəlxalq tədqiqatını tələb edir.
 
- Rusiyanın siyasi sistemi avtoritar, korrupsiyalaşmış, bütün hakimiyyətin Putinin əlində olmasına rəğmən, saxta seçkilərlə demokratiyanı imitasiya edən rejim tərəfindən nəzarət edilir.
 
- Avropa Parlamenti Rusiya və onun hüdudlarından kənarda olan, totalitar repressiyalara rəğmən, həqiqəti söyləyən və Rusiyanın demokratik və dinc gələcəyi uğrunda döyüşən bütün insanlarla həmrəy olduğunu ifadə edir.
 
- Avropa Parlamenti Rusiyada bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edir. Onların arasında Vladimir Kara-Murza, Yuri Dmitriyev, İlya Yaşin, Aleksey Qorinov, Liliya Çernışeva, Kseniya Fadeyeva, Vadim Ostanin, Daniel Xolodnı, Viktorya Petrova, Mariya Ponomarenko, Saşa Skoçilenko, Svetlana Petriyçuk, Jenya Berkoviç, Dmitri İvanov, İoann Kurmoyarov, İqor Barışnikov, Dmitri Talantov, Aleksey Moskalyov və İvan Safronov da var.
 
- Avropa Parlamenti "Rusiyanın aqressiv müharibəsi haqqında doğru informasiyanın senzurasını" nəzərdə tutan repressiv qanunların, habelə üzdəniraq "xarici agentlər" və "arzuolunmayan təşkilatlar" haqqında qanunların ləğv edilməsini tələb edir.
 
- Avropa Parlamenti "Rusiya rejiminin imperialist və yeni müstəmləkəçilik siyasətini" pisləyir, həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən aqressiv müharibəsini ən qəti şəkildə pisləyir.
 
- Avropa Parlamenti öz üzərinə Rusiya rejimi tərəfindən öz Konstitusiyasını və beynəlxalq hüququ, o cümlədəm 17 mart 2024-cü il  seçkilərinin pozuntuları ilə daimi mübarizə aparmaq öhdəliyini götürür.
 
Xatırladaq ki, Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya bu günlər Avropa Parlamenti qarşısında çıxış edib. O, Rusiya rejiminə qarşı mütəşəkkil cinayətkarlığa qarşı olduğu kimi hərəkət etməyə çağırış edib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024