«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Rusiyadan uzaqlaşmaq Paşinyana baha başa gələ bilər"- ABŞ institutu

Tarix: 05-03-2024 12:45 | Bölmə: Siyasət | Baxış: 127



Rusiyadan uzaqlaşmaq Ermənistanın baş naziri Nikol Paşinyana baha başa gələ bilər.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun məlumatında qeyd edilib.

Bildirilib ki, N.Paşinyan Rusiyanı qıcıqlandırmağa çalışır: “Bu da ağır nəticələrə səbəb ola bilər”.

Həmçinin, bildirilib ki, Kremlə bağlı analitiklər də bu mövqeyinə görə İrəvanı tənqid edirlər.

Xatırladaq ki, Ermənistanla Rusiya arasında münasibətlər sürətlə pisləşir. Rəsmi İrəvan daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində fəaliyyətini dayandırdığını bildirib və bunun hüquqi cəhətdən də baş verəcəyini istisna etməyib.

Rəsmi Moskva bu mövqeyinə görə İrəvandan izahat tələb edir.

Rusiya xarici işlər naziri Sergey Lavrov daha əvvəl deyib ki, Moskva İrəvanla münasibətlərə yenidən baxa bilər.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024