«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Amerikalıların çoxu Konqres və Bayden administrasiyasından narazıdır

Tarix: 05-03-2024 23:30 | Bölmə: Siyasət | Baxış: 128



Amerikalıların 40%-dən çoxu qeyri-qanuni miqrant axını ilə əlaqədar ABŞ-ın cənub sərhədindəki vəziyyəti fövqəladə vəziyyət kimi qiymətləndirir.

Bu barədə “Fox News” telekanalının keçirdiyi sosioloji sorğu göstərir.

Araşdırmaya görə, respondentlərin 41%-i qeyri-qanuni mühacirlərə görə sərhəddə vəziyyətin fövqəladə olduğunu, 37%-i bunun ciddi problem olduğunu bildirib.

Sorğuda iştirak edən hər 10 nəfərdən təxminən 8-i bu vəziyyətin günahının ABŞ Konqresinin fəaliyyətsizliyindən qaynaqlandığı qənaətindədir və hər 10 respondentdən 7-si sərhəddə təhlükəsizliyin qorunması üçün tədbirlərin görülməməsində ABŞ prezidenti Cozef Bayden administrasiyasını günahlandırır.

Sorğu 2024-cü il fevralın 25-28-də 1,2 mindən çox amerikalı arasında aparılıb.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024