«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Qətiyyən Rusiyaya getməyin”- Almaniya XİN vətəndaşlara müraciət etdi

Tarix: 07-03-2024 16:15 | Bölmə: Siyasət | Baxış: 89



Almaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Rusiyaya səfər etməməyi şiddətlə tövsiyə edir.

Xarici KİV xəbər verir ki, belə bir xəbərdarlıq nazirliyin saytında dərc olunub.

Nazirliyin xəbərdarlığında deyilir: "Rusiya Federasiyasına səyahət qətiyyən tövsiyə edilmir. Biz Ukrayna ilə həmsərhəd bölgələrə (Belqorod, Kursk, Bryansk, Voronej, Rostov, Krasnodar diyarı) səyahət etməmək barədə xəbərdarlıq edirik”.

Bundan əlavə, qeyd edilir ki, Rusiya Federasiyasında ikili vətəndaşlığı olan Almaniya-Rusiya vətəndaşları da daxil olmaqla, Almaniya vətəndaşları üçün “həbs riski” var: “Ölkə boyu icazəsiz mitinqlər və nümayişlərlə bağlı təhlükəsizlik qüvvələri tərəfindən kütləvi zorakılıq xarakterli hərəkətlər baş verə bilər”.

“Bild” nəşri xatırladır ki, Almaniya Xarici İşlər Nazirliyi əvvəllər də Rusiyaya səfər etməməyi məsləhət görüb. Lakin indi tövsiyəyə “qəti şəkildə” sözü əlavə edilib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024