İRƏVANIN KREMLDƏ “İTİB-BATAN” MƏKTUBU...- Kim yalan danışır?
Rusiya sərhədçiləri İrəvan aeroportundan zorla çıxarılacaq?
Paşinyan hökuməti indiyə qədər sözü ilə əməlinin üst-üstə düşmədiyini dəflərlə nümayiş etdirib. Ümumiyyətlə, Ermənistan hökuməti hər zaman daha çox danışması və daha az hərəkət etməsilə xüsusi seçilib.
Bu sıraya Ermənistanın KTMT-dən çıxmaq, Rusiya ilə əlaqələrə yenidən baxmaq, Kremldən asılılığı aradan qaldırmaq, müstəqil siyasət yürütmək barədə və digər bu qəbildən olan eyham və bəyanatlarını aid etmək olar.
Lakin bunların demək olar, heç biri real hərəkətə çevrilməyib və söz olaraq qalıb...
İndi isə Ermənistandakı Rusiya sərhədçiləri mövzusu ortaya atılıb. Daha doğrusu, İrəvandakı Zvartnots beynəlxalq hava limanında xidmət aparan Rusiya sərhədçilərinin oradan çıxarılması məsələsi.
Əvvəlcə bu məsələ Paşinyan komandasının ayrı-ayrı üzvləri tərəfindən dilə gətirildi. Məsələn, fevralın sonunda parlamentin spikeri Alen Simonyan Rusiya sərhədçilərinin hava limanını tərk etməsinin “doğru olacağını” söylədi.
Buna cavab olaraq, dərhal Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamenti sədrinin sözlərini İrəvanın “qeyri-dost davranışının daha bir nümunəsi” adlandırdı.
Ardınca Zaxarova bəyan etdi ki, Moskva sərhədçilərlə bağlı İrəvandan heç bir müraciət almayıb.
Ancaq bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəsmən bəyan etdi ki, Zvartnots hava limanında rus yox, erməni sərhədçiləri xidmət göstərməlidir.
O qeyd etdi ki, Ermənistan Kremlə İrəvanın Zvartnots Beynəlxalq Hava Limanında Rusiya sərhədçilərinin işini dayandırması üçün rəsmi məktub göndərib: “Ermənistanın bu məsələdə dəqiq mövqeyi var və bu barədə Rusiyaya rəsmi məktubla məlumat verilib”.
Bu o deməkdir ki, Ermənistan hökuməti Rusiyadan öz sərhədçilərini İrəvan aeroportundan çıxarmasını rəsmi məktubla tələb edib. Lakin belə görünür ki, məktub “ünvanına çatmayıb”.
Belə ki, bu ərəfədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dediyinə görə, Rusiya öz sərhədçilərinin İrəvan hava limanından çıxarılması ilə bağlı qəbul edilmiş hər hansı qərardan xəbərsizdir: “Zvartnots sərhədçilərinə gəlincə, anladığımıza görə, bu məsələ ilə bağlı heç bir qərar olmayıb.
Bu qərarları heç kim bizə rəsmi kanallarla çatdırmayıb, biz MDB strukturları, Aİİ strukturları çərçivəsində, ikitərəfli münasibətlər səviyyəsində bütün istiqamətlərdə işləyirik”.
Nə baş verir? Kreml özünü eşitməzliyə və görməzliyə vururmu, yoxsa Ermənistan Təhlükəsizlik Şurasının katibi yalan danışır və “publika üçün oynayır”? Bəlkə problem poçt xidmətindədir?...
Rusiya ilə Ermənistan arasında 1992-ci il sentyabrın 30-da imzalanmış Ermənistan ərazisində yerləşən Rusiya sərhəd qoşunlarının statusu və onların fəaliyyət şəraiti haqqında sazişə əsasən, Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya sərhədçiləri qoruyur.
Rusiyanın Ermənistandakı FTX Sərhəd İdarəsinə dörd dəstə daxildir - Gümrü, Armavir, Artaşat və Meğridəki hissələr. Həmçinin rusların İrəvan Zvartnots hava limanında ayrıca nəzarət-buraxılış məntəqəsi var.
Rusiya sərhədçilərinin bu ölkədə saxlanması xərcləri iki dövlətin hökumətləri tərəfindən təxminən bərabər şəkildə ödənilir.
İndi paradoksal vəziyyət yaranır. Beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə çoxdan “tüpürmüş” Kreml İrəvanın müraciətinə məhəl qoymasa və öz sərhədçilərini İrəvan aeroportundan çıxarmasa, nə baş verəcək?
Bəlkə erməni hüquq-mühafizə orqanları rus sərhədçiləri qandallayaraq güclə oradan çıxaracaqlar? Ermənistanın buna cəsarətinin çatacağı yumşaq desək, o qədər də inandırıcı görünmür.
Digər yandan sərhədçilərini İrəvan aeroportundan çıxarmaq Rusiyanın alçaldılması mənasını daşıyacaq ki, bu da Kreml üçün qəbuledilməz görünür.
Doğrudur, bu mənzərə - rusların İrəvan aeroportundan qovulması “qərbpərəst” Paşinyan hökumətinə öz yeni havadarlarının qarşısında qürrələnməsi üçün çox lazımdır.
Ancaq ruslar aeroportdan çıxmasa belə, yenə də Paşinyan hakimiyyəti uduşda olacaq və Qərbə deyəcək ki, “əsas odur biz əlimizdən gələni etdik, Rusiyaya meydan oxuduq, rəsmən çıxmalarını tələb etdik, ancaq ruslar çıxmadılar, bizimsə onları zorla qovacaq gücümüz yoxdur...”
Ancaq Kreml üçün daha prinsipial məsələ Zvartnots hava limanı yox, Ermənistanın Türkiyə və İranla sərhədləridir ki, orada da hazırda Rusiya sərhədçiləri durur. Xüsusilə də İranla sərhədə nəzarət Kreml üçün çox önəmlidir.
Ona görə də Rusiya sərhədçilərinin Ermənistanda qalması strateji əhəmiyyət kəsb edir. Lakin hazırda Moskvanın İrəvan üzərində ciddi, həlledici siyasi təsir rıçaqları yoxdur. Erməni cəmiyyəti Qarabağda sepatratçılar məhv edildikdən sonra məlum səbəblərdən Rusiyadan narazı qalıb.
Kremlin emissarları üçün isə Paşinyanı devirmək asan deyil.
Bu kontekstdə nə qədər qəribə görünsə də, çox şey Ukraynada davam edən müharibədən asılıdır. Rusiyanın bu müharibədən necə çıxacağı onun Qafqazdakı hazırda laxlamış mövqelərinə həlledici təsir göstərəcək.
O vaxta qədər isə Rusiyanın İrəvan aeroportundan çıxacağı inandırıcı görünmür. Çünki Kreml aeroportda geri çəkilsə, bir müddət sonra rusiyalı sərhədçilərin Türkiyə və İranla sərhəddən, daha sonra isə Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsi qoyula bilər...
C.Məmmədov
Digər xəbərlər
Tarix: 09-03-2024 14:55 | Bölmə: Siyasət | Baxış: 136

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024