«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Kempbell və Akkapar görüşdü - Türkiyə və ABŞ Cənubi Qafqazı müzakirə edir

Tarix: 09-03-2024 15:50 | Bölmə: Siyasət | Baxış: 154
Türkiyə və ABŞ Cənubi Qafqazdakı vəziyyəti müzakirə edir

Dövlət katibinin müavini Kurt M. Kempbell və Türkiyənin xarici işlər nazirinin müavini Burak Akkapar Vaşinqtonda ABŞ və Türkiyə arasında regional və qlobal prioritetlər üzrə strateji əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edirlər.

Bu barədə cümə günü Dövlət Departamenti məlumat yayıb.

"Söhbət Mərkəzi Asiyada iqtisadi əməkdaşlıqdan, Cənubi Qafqazda sülhün bərqərar edilməsindən və Asiyada və onun hüdudlarından kənarda digər birgə iş imkanlarından gedir",- deyə mətbuat katibi Metyu Miller bildirib.

Vaşinqton və Ankara arasında hərtərəfli danışıqlar cümə axşamı, NATO üzrə müttəfiqlərin Suriya və Ankaranın Rusiya ilə sıx əlaqələri kimi məsələlərdə dərin fikir ayrılıqlarının çərçivələrini aşa bilib-bilməyəcəklərini müzakirə etmək məqsədilə başlayıb.

Cümə gün bu məsələlər artıq dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidanın görüşündə müzakirə edilib.

Fidan jurnalistlərə bildirib ki, iki ölkənin vəzifəli şəxsləri arasında Suriya, Ukrayna, Qəzzə, müdafiə sənayesində əməkdaşlıq, energetika və terrorçuluğa qarşı mübarizə kimi mövzularla bağlı bir neçə mərhələdə müzakirələr aparılıb./turan

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024