«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ərdoğan 15 il əvvəlki məşhur ifadəsini xatırlatdı: “Hələ də "one minute!” dediyim yerdəyəm”- VİDEO

Tarix: 09-03-2024 17:15 | Bölmə: Siyasət | Baxış: 127



“Ərdoğan 15 il əvvəl qatillərə “one minute!” (bir dəqiqə!-red) dediyi kimi, bu gün də eyni yerdə durmaqdadır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Haliç Universitetində çıxışı zamanı deyib.

Türkiyə lideri həmişə olduğu kimi, bu dəfə də Qəzzada baş verən qətliamlardan danışıb. O, Qəzzadakı qətliamın unudulmasına imkan verməyəcəklərini diqqətə çatdırıb: “Kim “heç bir iş görmürlər” deyirsə, insanların haqqına girir.

Bu, millətimizə qarşı təhqirdir. İsrail rəhbərliyi artıq Hitlerin, Mussolininin yolunu getməkdədir. Biz Qəzzada qətliamlara səbəb olanların beynəlxalq hüquq qarşısında cavab verməsi üçün əlimizdən gələni edirik”.

“İslam dünyası olaraq daha bir Ramazanı qarşılamağa hazırlaşırıq. Ümid edirəm ki, müqəddəs Ramazan ayı bütün İslam dünyası və millətimiz üçün xeyirli olacaq. Biz birlikdə bu müqəddəs ayı ən yaxşı şəkildə idrak etməyə çalışacağıq. 

Bununla belə, Ramazan ayını bir çox bölgələrdə, xüsusən də Qəzzadakı ciddi humanitar faciələrin fonunda qarşılayırıq. Oktyabrın 7-dən bəri Qəzzada baş verənlər tolerantlıq həddini aşıb. Soyqırım siyasəti həyata keçirilir. 

32 mindən çox fələstinli şəhid olub, 2 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. Yemək almaq üçün növbə gözləyən günahsız insanların öldürüldüyü vəhşiliklərlə qarşılaşırıq”,-deyə o, qeyd edib.

Ərdoğan həmçinin növbəti dəfə HƏMAS-ın terror təşkilatı olmadığını vurğulayıb:“21 il əvvəl ABŞ-yə ilk səfərim zamanı məndən HƏMAS haqqında fikrimi soruşdular və “terror təşkilatıdır” dedilər. Dedim ki, yox, HƏMAS terror təşkilatı deyil, əksinə, müqavimət hərəkatıdır.

Mən o vaxt baş nazir deyildim. İndi heç kim bizi HƏMAS üçün “terror təşkilatı” ifadəsini işlətməyə məcbur edə bilməz”.



Xatırladaq ki, 2009-cu ildə Davosda təşkil edilən Dünya İqtisadi Forumunda İsrailin mərhum prezidenti Şimon Pereslə həmin vaxt Türkiyənin Baş naziri vəzifəsini icra edən Rəcəb Tayyib Ərdoğan arasında gərginlik yaşanmışdı. 

Ş. Peresin işlətdiyi “Qəzza və Yaxın Şərqdə sülh” sözlərinə Ərdoğan ingilis dilində “one minute!” deyərək çıxış üçün vaxt istəmiş, İsrail liderini və hökumətini sərt şəkildə tənqid etmiş, daha sonra isə "Bir də Davosa gəlməyəcəm" deyərək zalı tərk etmişdi.





Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024