Qərbin sanksiyaları Rusiyanı, yoxsa Aİ-ni çökdürəcək?- ABŞ ikili oyun qurur
Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Budəfəki paketlərin hədəfi Rusiya sənayesidir. Qərb hesab edir ki, indiki halda Rusiyadan alüminium idxalına qadağa qoyulsa, bu daha effektiv olar.
Alüminium niyə əhəmiyyətlidir?
Qeyd edək ki, dünya iqtisadiyyatında alüminium ən müxtəlif sahələrdə istifadə edilir. Bura kosmik raketlər, təyyarə istehsalı, avtomobil və digər texnikaların istehsalı, tikinti, ev əşyaları, hətta, «Kola» və digər içki qabları və dondurma folqaları aiddir. Yaşıl iqtisadiyyatda isə alüminium xüsusi əhəmiyyətə malikdir.
Aİ ölkələri alüminiumu əsasən xaricdən alırlar. Az miqdarda Macarıstanda və Yunanıstanda alüminium istehsal edilir. Rusiya isə alüminium istehsalına görə Çindən sonra ikinci yeri tutur.
Bu ölkədə hər il 5 milyon tondan artıq alüminium istehsal edilir. Bunun da xeyli hissəsi Avropaya satılır.
Qeyd edək ki, alüminium istehsalı 2 mərhələdən keçir. I mərhələdə alüminium oksidi, II mərhələdə isə saf alüminium alınır. Beləliklə ağır metallurgiya sahələri xammal bazalarına, yüngül metallurgiya sahələri isə enerji mənbələrinə meyl edir.
Son vaxtlar metallurgiyanın yeni sahəsi olan elektrometallurgiya güclü inkişaf edir. Yəni yaşıl enerji istehsalında alüminiuma çox böyük ehtiyac var.
Aİ və ABŞ Rusiya alüminiumuna “stop” demək istəyir
Bununla belə həm Aİ, həm də ABŞ nümayəndələri alüminiumun qıtlığından və yüksək qiymətlərdən narahatdırlar. Çünki sanksiyalar enerji tutumlu və sənaye üçün kritik əhəmiyyət kəsb edən metal sənayesində ciddi çatışmazlıqlar yaradacaq.
Qərb qərarını bununla haqq qazandırmaq istəyir ki, son illər Aİ Rusiyadan daha az alüminium alır. Belə ki, 2022-ci ildə Rusiya Federasiyasından Aİ-yə tədarük üçdə bir həcmində azalaraq 550 min tona düşüb.
Bununla belə, ekspertlər xəbərdarlıq edirlər ki, Avropada alüminium çatışmazlığını Yaxın Şərqdən alışlar hesabına ödəmək çox çətin olacaq.
Bəhreyn və BƏƏ 2022-ci ildə cəmi 4,3 milyon ton metal istehsal edib. Onlar artıq bağlanmış müqavilələr əsasında Asiyaya ayrılan payın 90 faizini verirlər. Avropanın isə hər il ən azı 5 milyon ton alüminiuma ehtiyacı var.
Üstəlik, Rusiyadan gələn alüminium daha keyfiyyətlidir. Rusiya alüminiumu xüsusilə enerjiyə qənaətlidir - onun karbon izi digər iri istehsalçılarınkından 30-70 faiz aşağıdır.
Bu da, xüsusilə "yaşıl" sənayelərdə ekoloji cəhətdən təmiz kabellər üçün xammal olan "tel çubuq" istehsalında çox vacibdir. 2022-ci ildə Avropadan tel çubuğu idxalının üçdə birindən çoxu Rusiya Federasiyasından gedib.
ABŞ ikili oyun qurur
ABŞ Aİ-ni Rusiya alüminiumuna sanksiya tətbiq etməyə sövq edir. Bununla bağlı Aİ-nin alternativ bazarlara çıxışına da məhz ABŞ əngəl törədir.
Belə ki, rəsmi Vaşinqton Çindən bəzi alışların qarşısını alır ki, bu da dempinq təhlükəsini canlandıracaq. Nəticədə alüminiumsuz qalan Avropa zavodları istehsalı dayandırmaq məcburiyyətində qalacaq.
Bu da Aİ iqtisadiyyatını çökdürə bilər. Nəzərə alaq ki, Aİ ölkələrinin iqtisadiyyatındakı ağır sənaye zavodlarının tam əksəriyyəti istehsalatda alüminiumdan istifadə edir.
Ona görə də ABŞ və Aİ-nin hazırladığı yeni sanksiyalar paketi Rusiyadan daha çox Avropanı çökdürə bilər.
Əslində, ABŞ-ın istədiyi budur. Rəsmi Vaşinqton Rusiyaya yönəlik sanksiyalarla həm də əsas rəqibi olan Aİ-ni zəif salmaq istəyir.
Məhz bu səbəbdən Aİ sanksiyalar paketini imzalamaqda bir qədər tərəddüd edir. Amma ABŞ-ın təzyiqi qarşısında Aİ çox dayana bilməyəcək. Nəticədə, Rusiyadan daha çox Aİ bu sanksiyaların acı nəticələrlə üz-üzə qalacaq
Digər xəbərlər
Tarix: 12-03-2024 17:45 | Bölmə: Siyasət | Baxış: 95

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024