«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ukrayna üçün TARİXİ GÜN - "Kiyevin taleyi" səsverməyə çıxarılır

Tarix: 10-05-2022 13:15 | Bölmə: Siyasət | Baxış: 184

Ukrayna üçün TARİXİ GÜN -


ABŞ Konqresinin Nümayəndələr Palatası bu gün Ukraynaya 39,8 milyard dollar əlavə yardımın ayrılmasına səs verə bilər. 
Hesabatlara görə, demokrat qanunvericilər Prezident Co Baydenin əvvəllər tələb etdiyi 33 milyard dollardan artıq olan bu təkliflə razılaşıblar.
Mənbələr yeni təklifin əlavə olaraq 3,4 milyard dollar hərbi yardım və 3,4 milyard dollar humanitar yardımı əhatə etdiyini bildirir.

Mənbələrin dediyinə görə, Senat liderləri qanun layihəsinin prezident tərəfindən mümkün qədər tez imzalanması üçün tez hərəkət etməyə hazır olduqlarını bildiriblər.
Bəzi demokratların Ukrayna üçün təcili maliyyələşdirmə ilə birləşdirmək istədikləri COVID-19 ilə mübarizə üçün əlavə maliyyələşdirmə təklifi indi ayrıca nəzərdən keçiriləcək.

Bir gün əvvəl Co Bayden bəyanat yayaraq qanunvericiləri qanun layihəsini qəbul etməyə və yaxın bir neçə gün ərzində imzaya təqdim etməyə çağırıb. “Konqresdən gələcək addımları gözləyərkən yardım tədarükümüzün dayandırılmasına icazə verə bilmərik” - deyə o qeyd edib. 

Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, Vaşinqtonun Ukraynaya hərbi yardım üçün artıq ayırdığı vəsait demək olar ki, ayın sonuna qədər davam etməlidir, lakin ABŞ Konqresinin yeni tələbi təsdiqləməsi lazımdır.

Kirbi ötən gün brifinqdə deyib: "Biz Konqresi Ukraynaya fasiləsiz yardım göstərməyə davam etmək üçün prezidentin əlavə xahişini mümkün qədər tez təsdiqləməyə çağırırıq".

Qeyd edək ki, Co Bayden mayın 9-da Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək məqsədilə Ukraynaya lend-liz əsasında silah tədarükü haqqında qanun imzalayıb. Konqresin saytında sənədə verilən izahat qeydində deyilir ki, bu qanun ABŞ administrasiyasına 2023-cü maliyyə ili ərzində Ukrayna və Şərqi Avropanın digər ölkələrini hərbi texnika ilə təmin etmək hüququ verəcək. 

Lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb./publika.az


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024