«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Türkiyə son QƏRARINI VERDİ: DƏHLİZİ ORDU AÇACAQ

Tarix: 16-03-2024 21:00 | Bölmə: Siyasət | Baxış: 108



"İraq və Türkiyə ilk dəfə PKK terroruna qarşı birgə mübarizə aparmaq qərarına gəlib. Dönüş nöqtəsi yaradacaq qərardır, nəticələrini tədricən görəcəyik."

Bunu türkiyəli analitik Mehmet Acet deyib.

Onun sözlərinə görə, PKK ilk dəfə İraq tərəfindən qadağan edilmiş təşkilat olaraq təyin olunub:

“İlk dəfə iki ölkə arasında PKK-ya qarşı birgə mübarizədən bəhs edilir. PKK-nın İraq ərazisindən istifadə edərək Türkiyəni hədəfə alması rəsmi Bağdad tərəfindən təsdiqlənib.

Nazirlər səviyyəsində bəzi birgə daimi komissiyalar yaradılacaq. Təhlükəsizlik, ticarət, nəqliyyat kimi mövzularda konkret addımlar atılacaq”, - ekspert bildirib.

Acet qeyd edib ki, Türkiyə-İraq yaxınlaşmasının ən mühüm səbəblərindən biri Beynəlxalq İnkişaf Yolu layihəsidir.

“Layihənin nə olduğunu anlamaq istəyənlər nəqliyyat naziri Abdülkadir Uraloğlunun bu açıqlamasını oxuya bilər:

“Bu proje ilə Hindistan, Şərqi Asiya və Fars körfəzi ölkələrindən gələn yükləri İraqın cənubunda tikilən Fav limanına daşıyaraq, 1200 kilometrlik dəmir və avtomobil yolları salaraq Türkiyəyə çatdırmağı planlaşdırırıq.

İraqdan başlayaraq Ovaköydən Türkiyəyə gələn bu yeni beynəlxalq dəhliz sayəsində Cənubi Asiya və Yaxın Şərqi Avropa, Cənubi Qafqaz və Şimali Afrikaya yeni bir marşrutla birləşdirəcəyik”.

Ankara uzun müddətdir İraq hakimiyyətinə təkliflər verir ki, layihənin həyata keçirilməsi üçün iki ölkənin ərazisində tam təhlükəsiz mühit təmin edilməlidir.

Təhlükəsizliyə gəlincə, PKK terrorunun potensial təhlükəsi yada düşür. Ticarət yollarının təhlükəsiz işləməsi üçün heç bir problem olmamalıdır”.

Analitik vurğulayıb ki, Türkiyə beynəlxalq nəqliyyat dəhlizinə təhlükə yarada biləcək təhdidləri birdəfəlik həll etmək üçün hərəkətə keçir. Acet PKK-nı bitirəcək quru əməliyyatlarının yayda başlayacağını da söyləyib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024