«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"İran Güney Azərbaycanı xəritədən silmək istəyir" - "Türkiyə" qəzeti

Tarix: 17-03-2024 22:00 | Bölmə: Siyasət | Baxış: 121



İran odla oynayır. "Güney Azərbaycan" hesab edilən bölgədə kürd namizədlərin olduğu bildirilib.

Bölgəni türksüzləşdirməyi hədəfləyən İran son seçkilərlə bu niyyətinə bir addım da yaxınlaşıb.

Ötən cümə günü İranda keçirilən ümumi seçkilərdə 7 kürd namizədin Güney Azərbaycan şəhərlərində parlamentə daxil olması bir çox müzakirələrə səbəb olub.

Bu barədə "Türkiyə" qəzeti yazır. Qəzet daha sonra bildirir ki, seçkidən sonra PKK bayraqları ilə keçirilən bayram şənlikləri bölgədə gərginliyə səbəb olub.

Bu siyasət Suriyada Tel Abyat, Mənbic, Hələb çölü, Qamışlı, Həsəkə, İraqda Mosul və Ərbilin, hətta Kərkükün türksüzləşdirilib kürd şəhərlərinə çevrilməsinin davamı kimi görülür.

"Türkiyə" qəzetinə danışan iranlı tədqiqatçı Həmid Səfidiyar deyib ki, İran tarixində ən aşağı iştiraklı seçki kimi tarixə düşən 1 mart seçkilərinin nəticələri “qalibin çoxdan müəyyənləşdiyi tipik bir İran teatrıdır”.

Hadisələri daha əvvəl hazırlanmış pirat xəritə planının davamı kimi xarakterizə edən Səfidiyar deyib:

"Bölgənin türksüzləşdirilməsi layihəsi yeni deyil. Amma gəldiyimiz məqam yeni mərhələdir. Normal şəraitdə "Qərbi Azərbaycan" adlanan Urmiya, Sulduz, Maku kimi şəhərlərdə kürd namizədlərin qalib gəlməsi mümkün deyil.

Amma o seçki qutularından çıxan səslərin hamısı "türk" kimi hesablansa belə, nəticə dəyişməcəkdi. Kürd namizədlərin Urmiyada niyə qalib gəldiyini izah edəcək heç bir arqument yoxdur.

Maku ovalığı indi PKK bazasına çevrilib. Xoy da oxşar vəziyyətdədir. Onlar türk əhalisinin sayını aşağı göstərmək üçün bu cür üsullara əl atıblar. Güney Azərbaycan reallığından qorxurlar.

Plan aydındır. Türkiyə və Azərbaycana “PKK-Kürdüstan kartından istifadə edəcəyik” mesajını verirlər. Eyni təhlükə həm Türkiyə sərhədinə, həm də Qarabağa və hazırda işğal altında olan Qərbi Azərbaycan və Zəngəzura aiddir.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024