PUTİNİN QƏLƏBƏSİNDƏN ÇIXARILA BİLƏCƏK 5 ƏSAS NƏTİCƏ - Rusiyanı nə gözləyir?
Vladimir Putinin seçkidəki qələbəsinin miqyasından Ukraynadakı təcavüzün davam etdirilməsinə haqq qazandırmaq üçün istifadə edəcəyi gözlənilir.
“The New York Times” nəşrinin Rusiyadakı seçkilərlə bağlı məqaləsində belə deyilir.
Yazıda qeyd olunur ki, Rusiyadakı seçkidə Putin 87%-dən çox səslə qalib gəlib: “71 yaşlı Putin indi ən azı 2030-cu ilə qədər prezident olacaq və konstitusiyası prezidentliyi guya iki müddətlə məhdudlaşdıran ölkəyə beşinci müddətə rəhbərlik edəcək”.
“The New York Times” yazır ki, seçkilər müharibə üçün ictimai mandat yaratmaq və sabitliyin təcəssümü kimi Putinin imicini bərpa etmək məqsədi daşıyırdı.
Nəşr Putinin qələbəsindən çıxarıla biləcək 5 əsas nəticəni təqdim edib.
“1. Qələbə proqnozlaşdırılsa da, Putinin “performansı” gözləntiləri üstələdi. Mütəxəssislər Kremlin bu dəfə 80 faiz civarında nəticə əldə edəcəyini gözləyirdilər, lakin Putin səslərin daha yüksək faizini - 90 faizə yaxın səs topladı”.
Nəşr qeyd edir ki, Rusiyada prezident seçkiləri uzun müddətdir bütün sistem üçün legitimlik vasitəsi kimi çıxış edib. Lakin Putinin həddindən artıq böyük, şişirdilmiş üstünlüyünü əks etdirən “nəticələr” bunu pozmaq riski daşıyır.
Çünki bu, rusiyalılarda getdikcə avtoritarlaşan Kremldə belə bir illüziyaya, bu dərəcədə saxtakarlığa nə üçün ehtiyac yarandığına dair suallar yarada bilər.
“2. Kreml istədiyi milli birlik obrazına tam nail ola bilməyib. Putin həmişə siyasi sabitlik və nəzarət imici yaratmağa çalışır. Amma bu dəfə müxalifətlə bağlı siyasətdə Putinin imicini korlayan üç hadisə oldu.
Birincisi, yanvar ayında, ölkənin hər yerində yüz minlərlə rusiyalı müharibənin əleyhinə olan Boris Nadejdinin namizədliyinə imza atmaq üçün növbəyə düzüldü.
İkincisi, Putinin ən qatı siyasi rəqibi Aleksey Navalnı fevral ayında həbsxanada qəflətən öldü və on minlərlə rusiyalı Putinə etiraz etmək üçün Moskvada onun dəfn mərasiminə gəldi.
Və nəhayət, seçkilərin üçüncü günü günorta saatlarında seçki məntəqələrində əvvəldən razılaşdırılmış qaydada Putinə və müharibəyə səssiz etiraz əlaməti olaraq kütləvi fəallıq oldu.
3. Putin Ukraynada müharibəni davam etdirmək üçün xalqın mandatına iddia edəcək. Putinin kampaniyası və səsvermənin özü müharibənin məhsuludur, müharibə tərəfindən hazırlanıb.
O, qeydə alınmış 112 milyondan çox seçicinin 74 faizindən çoxunu təşkil edən seçkilərdəki fəallığı “vətəndaşlarımızın, xalqımızın mənafeyini müdafiə etmək üçün sözün əsl mənasında silaha sarılmağa məcbur olması” kimi qələmə verib.
4. Müharibə Kreml üçün təşkilatlanma prinsipi olaraq qalacaq.Fevral ayında xalqa etdiyi illik müraciətində Putin vəd etmişdi ki, Rusiya hətta iqtisadiyyata və infrastruktura sərmayə qoymaqla belə, hərbi məqsədlərinə nail ola bilər.
Putin həmçinin deyib ki, müharibə veteranları ölkəni idarə edəcək “yeni elitanın” özəyini təşkil etməlidir, çünki onların xidməti Rusiyanın maraqlarına sadiqliyini sübut edib.
Bu təklifin hökumət rəsmilərinin güclü vətənpərvərlik nümayiş etdirmə tendensiyasını sürətləndirəcəyi gözlənilir. Putin isə yaşlı kadrlarını gənc nəsillə əvəz etməyə çalışır.
5. Rusiyalılar gələcəklə bağlı narahatdırlar. İstənilən prezident seçkilərindən sonrakı dövr Kremlin adətən qeyri-populyar siyasət yeritdiyi dövrdür. Məsələn, 2018-ci ildən sonra Putin pensiya yaşını qaldırdı. Rusiyalılar qorxurlar ki, yeni hərbi səfərbərlik və ya daxili repressiyaların artması uzaqda deyil”./azpolitika
C.Məmmədov
Digər xəbərlər
Tarix: 18-03-2024 18:15 | Bölmə: Siyasət | Baxış: 127

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024