«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"Rusiya NATO-ya gözlənildiyindən daha tez hücum edə bilər"- ISW

Tarix: 21-03-2024 22:05 | Bölmə: Siyasət | Baxış: 112


"Putin hazırda ölkə iqtisadiyyatını sabitləşdirmək üçün şərait yaratmağa cəhd edir..."
 
Rusiya, böyük ehtimalla, NATO ilə Qərbin bir sıra analitiklərinin əvvəllər proqnozlaşdırdığından daha tez münaqişə törətməyə hazırlaşır.
 
Bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) son hesabatında deyilir.
 
Hesabatda qeyd edilir ki, hakim Putinin bu planlarından eyni zamanda üç amil xəbər verir: bunlar maliyyə, iqtisadi nə hərbi amillərdir.
 
Xatırladılır ki, Rusiya Dövlət Dumasında Putinin Rusiyanın başçısı rolunda yenidən "legitim" seçilməsindən sonra fraksiya liderləri ilə görüşündə diktator növbəti dəfə Rusiya iqtisadiyyatının inkişafının vacibliyi məsələsi üzərində dayanıb.
 
ISW hesab edir ki, Rusiyanın dünyaya qarşı qoymaq istədiyi hərbi güc Putinin hərbi relsə keçirə biləcəyi maliyyə resurslarından asılıdır. Hazırda o, iqtisadiyyatı sabitləşdirmək üçün şərait yaratmağa cəhd edir.
 
"Böyük ehtimalla, bu, Rusiyanın təkcə Ukraynada uzunmüddətli müharibəyə deyil, NATO ilə potensial irimiqyaslı münaqişəyə maliyyə və daxili hazırlıqlarının bir hissəsidir", - hesabatda deyilir.
 
Eyni zamanda Rusiya müdafiə naziri Sergey Şoyqu bu yaxınlarda diqqəti bir neçə məqama yöbəldib ki, bunlar da, böyük ehtimalla, Rusiyanın NATO ilə potensial müharibəyə hazırlığı üzrə uzunmüddətli səylərinin bir hissəsidir.
 
O cümlədən o, ordu korpusunun (ehtimal ki, söhbət hazırda Kareliyada formalaşan ordu korpusu və ya Ukraynanın Xerson vilayətində yerləşən 40-cı ordu korpusundan gedir) və motoatıcı diviziyanın (burada, böyük ehtimalla, söhbət hazırda Xarkov-Luqansk vilayəti xəttində yeni 25-ci ümumqoşun ordusunun tərkibində olan 67-ci diviziyadan gedir) formalaşdırılması barədə bəyan edib.
 
Şoyqu həmçinin bəyan edib ki, rusiyalı hərbçilər 2024-cü ilin sonunadək iki ümumqoşun ordu, 14 diviziya, habelə 16 briqada formalaşdırmağı planlaşdırır.
 
"ISW-nin dəyərləndirmələrinə görə, hal-hazırda Rusiyanın bir neçə tamamilə yeni diviziyaların ordu birləşmələri səviyyəsinədək yaxın və orta perspektivdə tam döyüş hazırlığınadək komplektləşdirilməsi üçün şəxsi heyəti, hərbi infrastrukturu və məşqetdirmə potensialı yetərli deyil.
 
Lakin belə islahatlar, böyük ehtimalla, Rusiyanın yeni  birləşmələrinin ordu səviyyəsinədək dərhal yaradılması və komplektləşdirilməsi deyil, NATO ilə bağlı  uzunmüddətli hərbi potensialının inkişafına yönəlib", - analitiklər hesab edir.
 
Rusiya nə zaman NATO-ya hücum edəcək - Dudadan həyəcanlı proqnoz
 
Bu günlər Polşa prezidenti Anjey Duda Rusiyanın NATO ölkələrindən birinə mümkün hücum planları ilə bağlı həyəcanlı müddətlər açıqlayıb.
 
Bu barədə məlumat qışda Almaniya KİV-lərinin Bundesverin Putinin müvafiq planı nəzərdən keçirilən məxfi sənədin detallarını açıqladıqdan sonra yayılmağa başlayıb.
 
Dudanın sözlərinə görə, Rusiya artıq 2026-2027-ci illərdə Şimali Atlantika Alyansına hücum edə bilər. Ona görə də Polşa lideri NATO-nun üzv-ölkələrinə təcili olaraq öz müdafiəsinin maliyyələşdirilməsini artıqmağa çağırış edib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024