«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
İRAN-FARS REJİMİNİN DAHA BİR NAMƏRDLİYİ - Azərbaycana qarşı buna da getdi!

Tarix: 25-03-2024 19:15 | Bölmə: Siyasət | Baxış: 152
İran rejiminin daha bir namərdliyi – Azərbaycana qarşı buna da getdi!

Tarix doğurdan da ən gözəl müəllim, ən ədalətli hakimdir. Unutqan xalqlar onu təzədən yaşamalı olursa, dərsini alanlar son dərəcə ümidsiz durumda belə toparlanır, güclənir, inkişaf edir, nicat tapır. Keçək mətləbə.
 
Yaxın tarixdən bəllidir ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq qardaş Türkiyə, ardınca qardaş Pakistan tanıyıb. İran isə yalnız 8-cı sırada bunu edib! Rumıniyanın ardınca və Tacikistanı tanıdıqdan sonra tanınmaya gedib. Daha dəqiqi, buna məcbur qalıb. Niyə?
 
Çünki İrandan bizə dost, etibarlı qonşu çıxmayıb, çıxmaz. Bu artıq daşlaşmış gerçəkdir. Tək səbəb məlum: Güney amili, müstəqil Azərbaycanın varlığı, bütöv Azərbaycan xofu.
 
Odur ki, panfarsist rejim görünür hələ də Quzey Azərbaycanı da nə vaxtsa “udub” öz tərkibinə qatmağı xəyal edir. Bu yöndə məkrli planlarından əl çəkmir. Rəsmi Tehranın ərazi bütövlüyümüzün tanınması haqda ara-sıra, “xala xətrinə” verdiyi şablon bəyanatlara aldanmayın. Əsas xislətdir...
 
Amma Quzey Azərbaycan artıq İranın udacağı tikə deyil. Boğazında qalar, boğular. Bunu özləri də yaxşı bilir. O səbəbə buradakı özünün saqqallı “5-ci kolon”çuları, “sapı özümüzdən olan baltalar” vasitəsilə Azərbaycandaxili sabitliyi sarsıtmaq və islam adına ləkə olacaq özünə bab bir rejim qurub onu idarə etməyi hədəfləyiblər.

DTX-nin bu gün yaydığı məlumat qənaətimizə şəkk-şübhə saxlamır.
 
Yeri gəlmişkən, İran Azərbaycana o dərəcədə qənim kəsilib ki, hətta mübarək Ramazan ayına da Azərbaycanla birgə, əsas islam aləmi ilə eyni gündə başlamağı özünə rəva bilmir. Hər il bir gün fərqlə başlayır, bir gün fərqlə bitirir – həm də burdakı casus-heyranlarının vəhdətini qorumaq üçün...
 

 
Hələ erməni işğalı dövrü. İran anti-islam rejimi həmin dönəmdə, 44 günlük müharibə zamanı və ondan sonra hansı oyundan çıxmadı.

Azad etdiyimiz sərhədlərimiz boyu “əzələ nümayişi” üçün keçirilən hərbi təlimlər, Qarabağa davam edən qanunsuz daşınmalar, diversant-terrorçuların göndərilməsi, nəhayət, səfirliyimizə xain terror hücumu və Təbrizdə Ermənistanın konsulluğunu açmaq qərarı, daha nələr.
 
Azərbaycan xalqı bunları unuda bilərmi? Belə pisliklər unudulurmu? “Dindaş-qardaş” cildində bu nanəcibliyi bizə heç bir ölkə, xalq etməyib. Ermənistan məlum: açıq düşməniniz. Daha qorxulusu əlbəttə ki, dost qiyafəsinə bürünənlərdir...
 
Bu da ən “isti” fakt: Tehran hakimiyyətinə yaxın SEPAH-ın Teleqram kanalı 3 gün qabaq Rusiyada törədilən müdhiş terror aktını Azərbaycana bağlamağa çalışmaq qədər əxlaqsızlığa imza atıb.

Bu məqsədlə həmin kanal “iranlı politoloq və hüquqşünas doktor” adlandırılan, həqiqətdə isə daim ölkəmizə, Türkə qara yaxmaq, erməni maraqlarını qorumaq, Azərbaycana qarşı düşmən təbliğatı aparmaq üçün ortaya atılan Əhməd Kazimi adlı bir yaramazın “şərhi”nə yer verib.
 

 
Sitat “Rusiyanın Qafqazda silsilə səhvləri fonunda “Krokus Siti Holl”dakı terror aktından sonra Moskva artıq başa düşməlidir ki, əgər NATO Turan (Zəngəzur – red.) dəhlizini formalaşdırsa və etnik separatçı terrorçular üçün dəhliz yaradılsa, Mərkəzi Asiya ekstremistlərinin analoji hücumları, o cümlədən Bakı və Ankaranın dəstəklədiyi təkfirçilərin sayı artacaq”.
 
Yəni həm də Rusiyanı əleyhimizə qızışdırmaq cəhdi. Böhtan-iftira ilə yanaşı, tər-təmiz siyasi ifritəlik. Bu ittihamı Azərbaycana qarşı hətta düşmən Ermənistan da irəli sürməyib.
 
İndi bir daha aydın oldumu ki, niyə “qaradan artıq boyaq olmaz”? İşimizi düz tutaq, “dindaş” çuxasındakı ən təhlükəli düşmənimizi, içimizdəki xainlər gözdən qoymayaq. Mürgü vurmaq bizə yaraşmaz...


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024