ƏLİYEV VƏ RƏİSİNİN GÖRÜŞÜ NİYƏ BAŞ TUTMADI? - “Tehranın siyasəti Bakıda ciddi suallar yaradır”
Martın 15-də İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi yerli mətbuata müsahibəsində Azərbaycan və İran prezidentləri arasında görüş keçiriləcəyini açıqlasa da, bu görüş hələ də gerçəkləşməyib.
“Ümid edirəm ki, yaxın vaxtlarda iki ölkənin energetika nazirləri hazırlıq işlərinin görülməsi üçün görüşəcəklər, dövlət başçılarının iştirakı ilə sərhəddə “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının və müvafiq bəndlərin açılış mərasimi keçiriləcək”, - diplomat bildirmişdi.
İlham Əliyev və İbrahim Rəisinin görüşünün baş tutmaması müxtəlif səbəblərlə bağlı ola bilər. Xüsusən, 2023-cü ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu ilə bağlı Bakı hələ də qaneedici cavablar almayıb.
Cinayəti törədən şəxsə qarşı bu il yanvarın 27-də edam hökmü çıxarılsa da, görünür, bu, münasibətlərin bərpa olunması üçün yetərli deyil.
Qeyd edək ki, səfirin haqqında bəhs etdiyi energetika nazirlərinin görüşü Ciddə şəhərində baş tutub. İran tərəfi müzakirələrdən sonra bəyan etdi ki, Azərbaycandan Tehrandakı səfirliyinin fəaliyyətini bərpa etməsini gözləyirlər. Amma Bakıdan bu barədə hər hansı açıqlama verilmədi.
İran səfiri daha sonra görüşün olacağını təkrarlasa da, qarşı tərəfdən gözlədiyi reaksiyanı almadı. Mümkündür ki, İran Azərbaycanın bir sıra vacib məsələlərlə bağlı istəklərini reallaşdırmayıb, yaxud yarımçıq həyata keçirib.
Bu xüsusda martin 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İranla sərhəddə yerləşən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlayan dəstənin yaxalanması barədə yaydığı məlumatı xatırlamaq yerinə düşər.
“Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara icra başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib”, - Xidmətdən bildirilib.
DTX-nın məlumatında konkret ölkə adı çəkilməsə də, qeyd olunur ki, B.Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırıb. Lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib.
Mümkün ehtimallardan biri İrandan qaynaqlanan bu cür əməllərin hələ də davam etməsinə Bakının təpkisi ola bilər. Yəni rəsmi Bakı İrandan vahid mövqe gözləyir, daha hazırkı sağ əllə əməkdaşlıq, sol əllə terror hədələri siyasətinin davamını yox.
Daha bir problematik məsələ İranın İrəvanın Qərblə sıxlaşan əlaqələrinə rəğmən hələ də Ermənistana dəstək siyasətini davam etdirməsidir. Xatırladaq ki, Tehran Azərbaycan-İsrail əməkdaşlığını regionun və özünün təhlükəsizliyinə böyük təhdid adlandırırdı, Bakını “yad qüvvələri bölgəyə soxmaqda” ittiham edirdi.
Bu gün Ermənistan rəhbərliyi ABŞ, Fransa, Avropa İttifaqı - bir sözlə, İranın bütün düşmənlərini onun sərhədinə gətirsə də, Tehrandan heç bir reaksiya yoxdur. Bakı bu ikili oyuna da Tehranın aydınlıq gətirməsini gözləyə bilər.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov mart ayında Araz çayı üzərində inşa olunan "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının tikintisi layihəsi üzrə görülən işlərin gedişatı ilə tanış olub.
O, özünün sosial media hesabında yazmışdı ki, tikinti işləri 96% yekunlaşıb: “Buna baxmayaraq, səfirin proqnozu doğrulmadı. Liderlər Novruz bayramında görüşmədilər. Əlbəttə, stansiyaların fəaliyyətə başlaması hər iki dövlətin maraqlarına xidmət edir”.
Ekspert deyir ki, İrandakı qərar verən mərkəzlərin Azərbaycan əleyhinə fəaliyyətləri də gündəmi məşğul edib: “Rəşt şəhərinin universitetlərindən birində Azərbaycanın ərazi bütövlüyü əleyhinə keçirilən konfrans, Lənkəran İcra Hakimiyyətinin başçısına sui-qəsd cəhdinin planlaşdırılmasında qonşu ölkənin adının hallandırılması Tehranın siyasəti ilə bağlı Bakıda yenə də ciddi suallar yaradıb.
Bütün hallarda, liderlərin iştirakı ilə “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının açılışı baş tutacaq. Sadəcə, qonşu ölkədəki güc mərkəzləri müxtəlif təxribatlar vasitəsilə münasibətlərin normallaşmasına imkan vermirlər”./azpolitika
Rasim Əliyev
Digər xəbərlər
Tarix: 29-03-2024 10:50 | Bölmə: Siyasət | Baxış: 203

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024