BRÜSSELDƏ HACIYEV-QRIQORYAN GÖRÜŞÜ NİYƏ BAŞ TUTMADI?- ABŞ və Avropa İttifaqı prosesi pozur...
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu öz Tvitter hesabında ATƏT-in Minsk Qrupu ilə bağlı bəyanat yayıb.
Həmin əcaib açıqlamada “təəssüf hissi ilə” bildirilir ki, ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri “Qarabağın gələcəyini” müzakirə etmək üçün dəvəti qəbul etməyib: “Minsk Qrupunun amerikalı həmsədri bu gün Qarabağın gələcəyini müzakirə etmək üçün öz həmkarları ilə danışıb. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk Qrupunun işini davam etdirəcəyinə ümidliyik”.
Xatırladaq ki, Minsk Qrupunun bərpa etmək niyyətini bundan əvvəl - iyunun 15-19-da regionda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid də ifadə edib.
O, Ermənistan mediasına müsahibəsindəbildirmişdi ki, ABŞ Qarabağ məsələsi ilə məşğul olan Minsk Qrupu həmsədrlərindən biridi: “Biz əvvəlki kimi bu prosesə sadiqik. Biz Avropa İttifaqının vacib rol oynadığını da görürük. Ona görə də hesab edirəm ki, bu, region üçün vacib məqamdır və biz sülhə nail olmaqda Ermənistana kömək üçün mümkün olanı edəcəyik”.
Dövlət katibinin köməkçisi Vaşinqtonun Ukraynaya qarşı müharibə fonunda Minsk Qrupunun həmsədrlik formatının “cəhənnəmə getməsi” fikri ilə də razılaşmaq istəməyib.
“Bu doğru deyil. ABŞ bəyan edir ki, Minsk qrupunun həmsədrliyi prosesini dəstəkləyir” -deyə, bildirib.
Hətta utanmadan bütün sferalarda əılaqələri kəsdikləri Rusiya ilə bu məsələdə əməkdaşlıq edə biləcklərini söyləyib: “Rusiya Minsk Qrupunun həmsədridir. Ona görə də, bəli. Fransa, ABŞ və Rusiya bu formatda işi davam etdirə bilərdilər”.
İyunun 23-24-də Bakıda səfərdə olan Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə bəyan edib ki, ATƏT-in Minsk Qrupu fəaliyyətini dayandırıb. O, bunun ABŞ və Fransanın təşəbbüsü ilə baş verdiyini bildirib.
Maraqlıdır ki, bazar ertəsi Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəszilik Şurasının katibi Armen Qriqoryan arasında keçirilməsi gözlənilən Brüssel görüşü də baş tutmayıb. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
Məlumatlı diplomatik mənbələrdən verilən məlumata görə, Bakının imtinasının real səbəbləri var.
“Ermənistan tərəfi hər gün ziddiyyətli bəyanatlar verirsə, ATƏT-in Minsk Qrupunun həmsədrlik mexanizmindən danışmağa davam edirsə, Azərbaycana qarşı ərazi iddiaları irəli sürürsə, o zaman görüşlərin keçirilməsinin nə mənası var? Və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bəyanatları yoxlanılmalıdır”, - deyə danışıqlar prosesi ilə tanış olan mənbə öz şərhində qeyd edir.
Xatırladaq ki, iyunun 6-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar reallıq hissini tamamilə itirdiyindən, yoxsa ermənlərə xoş gəlmək üçün erməni mətbuatına müsahibəsində həddini aşan mövqe ifadə edib.
“Qarabağ ermənilərinin fikri nəzərə alınmadan hərtərəfli nizamlanmaya nail olmaq mümkün deyil” -deyə, bildirib.
Klaar daha sonra iddia edib Kİ, Qarabağda yaşayan insanlar hərtərəfli nizamlanmaya nail olmaqda əsaslı şəkildə maraqlıdırlar: “Mən şəxsən görmürəm ki, bu adamların fikirləri və baxışları nəzərə alınmadan belə bir nizamlanmaya necə nail olmaq olar. Prezident Mişel açıqlamasında çox şey qeyd etməyib. Bu bəyanat həll edilməli olan bütün məsələləri əhatə etmədi. Amma fakt budur ki, biz həmişə münaqişənin hərtərəfli həllinə ehtiyac olduğunu vurğulamışıq. Biz bu istiqamətdə işləyirik”.
Beləliklə, maraqlı mənzərə yaranır: ABŞ Dövlət Departamenti Minsk Qrupunu "diriltməyə" cəhd edir. Avropa İttifaqının rəsmisi isə ermənipərəst mövqe sərgiləyrək, Şarl Mişelin pozitiv bəyanatlarına "düzəliş" etmək, Qarabağdakı qalan erməni azlığının da "mövqeyinin nəzərə alınması" arzusunu ifadə edir.
Məlumdur ki, Azərbaycan həm Minsk Qrupunun prosesdə iştirakının qəti əleyhinədir, a və Qarabağ ermənilərə də hər hansı status verilməyəcəyini açıq bəyan edib.. Rusiya əvvəllər birmənalı olmayan mövqe qoysa da, Lavrovun son açıqlaması ilə rəsmi Moskva da vasitəçilik institutunun gündəmdən çıxdığını bildirib.
Yaranmış vəziyyəti təhlil edən politoloq Fərhad Məmmədov ABŞ-ın bu mövqeyinin anlaşılmaz olduğunu deyir. O xatırladır ki, K.Donfrid bu məsələni gündəmə gətirsə də Rusiyadan dəstək ala bilmədi: "Mən başa düşmürəm ki, amerikalılar niyə belə edirlər? Bu israrın nə mənası var?"
Təhlilçi yaranmış vəziyyətdə bir neçə versiyanın mümkünlüyünü dilə gətirir: "Mümkündür ki, erməni tərəfini özündən razı salmaq üçün edilir. Bu versiya da var ki, dinləmələrdə erməni diasporasının Dövlət Departamentinin rəsmilərini sorğu-suala tutmaması üçün bu məsələ gündəmə gətirilib.
Çünki ABŞ-ın Ermənistana və Azərbaycana təyin etmək istədiyi yeni səfirlərin namizədliyinə ermənipərəst konqresmenlər tərəfdən narahatedici suallar ünvanlana bilər. Amma onlar bu sullar olmadan namizədləri Konqresdən keçməsinə nail olmaq istəyə bilərlər. Məsələn, deyə bilərlər ki, biz burada Minsk Qrupu formatını bərpa etmək üçün “fədakarcasına” çalışırıq, amma təəssüf ki, Rusiya buna qarşıdır".
F. Məmmədov hesab edir ki, ABŞ bu bəyanatları ilə həqiqətən də Minsk Qrupunun tabutuna son mismarları vurur: “Yəni "biz istəyirdik, amma Rusiya imtina edir...”
Təhliçi onu da vurğulayır ki, ehtimallar arasında ABŞ-ın öz milli maraqlarına zidd olaraq erməni mərkəzli siyasətini davam etdirməsi də var: "Bu siyasətin nəticələri artıq göz qabağındadır: Azərbaycan Avropada planlaşdırılan görüşməkdən imtina edib, öz ərazisi ilə bağlı məsələləri müzakirə etmək fikrində deyil. Çox güman ki, Ermənistan-Azərbaycan münasibətləri mövzusu olmadan Avropa İttifaqı və ABŞ-la öz əməkdaşlığını quracaq".
Press-fakt.com
Digər xəbərlər
Tarix: 28-06-2022 18:15 | Bölmə: Siyasət | Baxış: 158

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024