«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
"80 gün ərzində bəşəriyyətin bütün dəyərləri ayaqlar altına atılıb"- Ərdoğan

Tarix: 28-12-2023 16:59 | Bölmə: Siyasət / Rezonans | Baxış: 67


 
"Bu gün Netanyahunun törətdiyi cinayətlərlə 80 il öncə Almaniyada baş verənlər arasında heç bir fərq yoxdur..."

"Qəzzada baş verənləri cəsarətlə qəddarlıq adlandıran dürüst alimlər təzyiqə, şantaja və təhdidlərə məruz qalır..."
 
Ərdoğan Netanyahunu Hitlerə bənzədib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin ünvanına ifşaedici ittihamlarla çıxış edib.
Press-fakt.com xəbər verir ki, bu barədə o, elm sahəsində milli mükafatların təqdim edilməsi mərasimində çıxış edərkən deyib. Məlumatı "glavnoye.in.ua" nəşri yayıb.
"Müharibənin başlanmasından 80 gün ötür, bu müddət ərzində bəşəriyyətin bütün dəyərləri ayaqlar altına atılıb. Bu gün Netanyahunun törətdiyi cinayətlərlə 80 il öncə nasist Almaniyasında baş verənlər arasında heç bir fərq yoxdur", - Ərdoğan bəyan edib.
Bu zaman o, vurğulayıb ki, sivil ölkələr Qəzza sakinlərinin davam edən məhv edilməsini dayandıra bilmir.
"Biz böyük ürək ağrısı ilə sahəsi cəmi 360 kvadrat kilometr olan dar ərazidə həbsxanaya salınan 2, 5 milyon insanın qətlini müşahidə edirik", - Türkiyə lideri deyib.
O, həmçinin qeyd edib ki, 80 il öncə Almaniyada olduğu kimi, bir çox dünya şöhrətli təhsil müəssisələrində "əcinnə ovu" başlayıb.
"Qəzza bölgəsində baş verən repressiyaları cəsarətlə qəddarlıq adlandıran dürüst alimlər təzyiqə, şantaja və təhdidlərə məruz qalır", - Ərdoğan deyib.
O xatırladıb ki, "Almaniya indiyədək Hitlerin etdiklərinin bədəlini ödəyir, ona görə də susmağa məcburdur".
"Qərbin İsrail qarşısında borcu var, Türkiyənin belə borcu yoxdur. Amerika İsrailə bütün mümkün yardımları edir və onun köməyilə İsrail Qəzza sakinləri qətlə yetirir", - Ərdoğan vurğulayıb.

Netanyahunun cavabı özünü çox gözlətməyib. O, sosial şəbəkələrdə iddia edib ki, İsrail Müdafiə Ordusu "dünyada ən iyrənc və qəddar terrorçu təşkilatın məhv edilməsi uğrunda döyüşür".
 
Ərdoğan müharibənin əvvəlindən HƏMAS-ı terrorçu təşkilat kimi tanımaqdan imtina edir və onu "öz torpağı və öz vətəndaşlarının azadlığı uğrunda döyüşən qrup" adlandırır. O, haqlı olaraq İsraili Qəzza bölgəsində törətdiyi barbarlıq və vəhşiliklərinə görə ittiham edir.


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024