«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Zeynəb Xanlarovanın həyat yoldaşı KİM İDİ...- Sosial şəbəkə müzakirəsi

Tarix: 02-01-2024 14:00 | Bölmə: Sosium | Baxış: 74

Zeynəb Xanlarovanın həyat yoldaşı KİM İDİ...


Azərbaycanın Xalq artisti, 88 yaşlı məşhur müğənni Zeynəb Xanlarovanın adı iki gündür sosial şəbəkələrin səhifələrində müzakirə mövzusudur. Müzakirələrin səbəbi Xalq artistinin 31 dekabr gecəsi Azərbaycan Televiziyasının Yeni il konsertində çıxış edərək bir neçə mahnı ifa etməsidir. 

Zeynəb Xanlarovanın ifasını bəyənməyənlər onunla bağlı müxtəlif tənqidi fikirlər yazır, Xalq artistini bu yaşda AzTV-nin ekranına çıxmaqda qınayırlar.

Bununla yanaşı, müzakirələrdə Zeynəb Xanlarovanı müdafiə edənlər də çoxdur.

Qeyd edək ki, müzakirələrdə fikir bildirənlərin bəziləri Zeynəb Xanlarovanın keçmişindən bəhs edərkən onun mərhum həyat yoldaşının adını müxtəlif məsələlərdə hallandırırlar.

Bəs Zeynəb Xanlarovanın həyat yoldaşı kim idi?

Xalq artisti Zeynəb Xanlarova əslən Füzuli rayonundan olan mərhum Səlim Babayevlə evli olub.

Səlim Abbas oğlu Babayev 1990-cı illərin əvvəllərində Bakı dondurma fabrikinin direktoru işləyib.
 
3 dekabr 1998-ci il tarixində mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Səlim Babayev "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri təyin edilib. O, həmin vəzifədə 2001-ci ilə kimi çalışıb.

18 sentyabr 2001-ci il ildə Heydər Əliyevin müvafiq sərəncamı ilə "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserni ləğv edilib. Ləğv olunan "Azərbalıq" Dövlət Konserninin səlahiyyətləri və onun tabeliyində olan müəssisə və təşkilatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.

Mərhum prezident Heydər Əliyevin 5 oktyabr 2001-ci il tarixli sərəncamı ilə "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin ləğv edilməsi ilə əlaqədar olaraq Səlim Abbas oğlu Babayev də bu qurumun sədri vəzifəsindən azad olunub.

Zeynəb Xanlarova və Səlim Babayev cütlüyünün iki oğlan övladı dünyaya gəlib - Ramin və Ramal Babayevlər.

Zeynəb Xanlarovanın həyat yoldaşı ilə bağlı xatirələrindən:

“Bir dəfə mən Səlimi xəstə olduğuna görə Türkiyəyə Gülhanə xəstəxanasına aparmışdım. Orada bizə həddindən artıq hörmət edirdilər. Türkiyənin Prezidenti Süleyman Dəmirəldən tutmuş, xəstəxananın bütün həkimləri, hətta Heydər Əliyevin şəxsi ürək həkimi olan Altan bəy, generallar gəlib bizə baş çəkirdilər.
Mən səhərdən axşama kimi onun yanında olurdum. Bir gün Səlim hotelə zəng vurub mənə dedi ki, “Zeynəb tez gəl, bir on nəfər professor və baş həkim səni gözləyir. Elə bil xəstə mən yox, sənsən. Səni görmək istəyirlər”.
Mən tez geyinib xəstəxanaya gəldim. Onlar mənimlə görüşüb getdilər. Birdən telefon zəng çaldı. Telefonda Heydər Əliyev idi. O, mənimlə danışdı, Səlimi soruşdu, həm də məni o ki, var danladı: “Niyə mənə xəbər vermədən getmisən? Mənə deyərdin ora yaxşı tapşıraydım” - dedi.

“Vallah, sizi çox narahat etmək istəmədim, çünki işləriniz çoxdur. Sizi çox rahatsız edirlər. Xahiş edirlər ki, onlara maddi yardım edəsiniz, gedib müalicə olunsunlar”, - deyə cavab verdim.
O, güldü. Dedi ki, “mənə müraciət edənlərin pulu səndən çoxdur. Sadəcə, sən çox qeyrətli xanımsan. Ona görə ki, gözün toxdur. Mənliyinə sığışdırmamısan ki, mənə zəng edəsən. Narahat olma, səhiyyə naziri məni necə lazımdır, məlumatlandırıb. Mən də ona öz tapşırığımı vermişəm ki, Səlim yüksək səviyyədə müalicə olunsun”.

Mən ona təşəkkür edəndən sonra yenə zarafatımdan qalmadım. Dedim: “Mənə burada prezident səviyyəsində hörmət edirlər”. Güldü, dedi ki, “sən elə özün prezidentsən də, böyük adamsan, xəbərim var”.
Təkrarən, “Səlimdən muğayat ol, mən yenə də sənə zəng edəcəyəm” deyərək onu da əlavə etdi ki, “yadında saxla, mən sənin gözünün toxluğuna, qeyrətinə və mənliyini hər zaman qoruduğuna görə çox istəyirəm. Özünü də qoru! Çünki sən xalqa lazımsan”. 

Səlim Babayev 2000-ci illərin ortalarında dünyasını dəyişib./modern


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024