«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ruslar Ermənistana qaçırlar...- Rus şirkətləri işğala haqq qazandıran ölkəyə köçür

Tarix: 08-03-2022 22:06 | Bölmə: Sosium | Baxış: 176



“The Guardian” qəzeti martın 3-də Moskvadan İrəvana, eləcə də İstanbul və Belqrada biletlərin qabaqcadan satılıb qurtardığını yazırdı
Rusiya Ukraynaya irimiqyaslı hücumuna görə sanksiyalarla üzləşəndən Ermənistana sığınan rusiyalıların sayı artıb.
Press-fakt bu barədə erməni mətbuatına istinadən xəbər verir ki, əhalinin əksəriyyətinin rusca danışdığı, hökumətinin Rusiyanın təcavüzünü pisləmədiyi, Kremlə qarşı sanksiyalara qoşulmadığı Ermənistan rusiyalılar üçün əlçatan sığınacaqlardır.
Ermənistana gedən bəzi rusiyalıların bildiriblər ki, Rusiyada qalan dostları, tanışları məhz Qərbin sanksiyaları üzündən ölkədən getməyi düşünürlər, ya da artıq bunu həyata keçiriblər.
“Bir çox şirkətlərin yaxın gələcəkdə xaricə köçəcəyini eşitmişəm, çünki Rusiyada idxal, ixrac, maliyyə ilə bağlı sahələrdə biznes qurmaq daha mümkün deyil”, – kimliyini açıqlamaq istəməyən başqa bir rusiyalı deyib.
Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobian martın 1-də iddia edib ki, Rusiyanın texnologiya şirkətləri qərbin sanksiyalarından qorunmaq üçün əməliyyatları Ermənistana köçürürlər.
“Ondan çox şirkət artıq köçüb, digərləri isə yoldadır”, – nazir vurğulayıb. Amma o, şirkətlərin adlarını açıqlamayıb.
Rusiyada texnologiya şirkətində işləyən, İrəvana bilet almış bir mühəndis qərarını təkcə iqtisadi səbəblərlə deyil, həmçinin ölkəsinin Ukraynaya hücumuna etirazıyla əlaqələndirir.
“Şirkətimiz getmək istəyənlərə kömək vəd edib, amma necə edəcəyini deməyib. Ona görə mən özüm gedirəm”, – adının çəkilməsini istəməyən qadın əməkdaş vurğulayıb.
Rusiyalı proqramçı Yevgeni də Ermənistana köçməyi planlaşdırır. O, Ermənistanın 20 minədək işçisi olan informasiya texnologiyaları sahəsində iş tapacağına ümid edir. ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyaları bu ölkənin yüksək texnologiyalara çıxışını məhdudlaşdırmağı, şirkətlərinin xaricdə maliyyə tranzaksiyalarını çətinləşdirməyi nəzərdə tutur.
Baş nazir Nikol Paşinyan hökuməti Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan neytrallıqla Putinə loyallıq arasında mövqe tutmağa çalışır. Ermənistan BMT Baş Assambleyasının Rusiyanın Ukraynanı işğalını qətiyyətlə pisləyən qətnaməyə səsvermədə bitərəf qalıb. Həmin qətnamənin əleyhinə Rusiya, Belarus, Eritreya, Şimali Koreya və Suriya səs verib.
Ermənistan indiyədək Rusiyanın Krımı ilhaqını pisləyən, Ukraynanın bu yarımada üzərində suverenliyini təsdiqləyən BMT qətnamələrinin əleyhinə səs verib. Fevralın 25-də Yerevan Rusiyanın Avropa Şurasında üzvlüyünə xitam verilməsinin əleyhinə səs verib və Rusiya ilə birgə mövqe sərgiləyən yeganə ölkə olub. Qurumun 42 üzvü qərarı dəstəkləyib.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024