«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Sənin ananı tanıyıram” deyən şəxsi “pub”da öldürdü -

Tarix: 06-01-2024 11:20 | Bölmə: Sosium | Baxış: 69


 
 
Namazı tərk edib içki içən bərbər anasına görə adam öldürüb.

Belə ki, hadisədən bir həftə əvvəl Süleyman (Adlar şərtidir) köhnə qonşusu Fəxri ilə çayxanada görüşür.

Söhbət əsnasında Fəxri Süleymanın anası Nərgiz müəllimənin də səhhəti ilə maraqlanır, ona hər şeyin yaxşı olacağını deyir.

Bu vaxt çayxanaya orta yaşlarda və ailəli olan Vüqar adlı şəxs daxil olur. O, Fəxri və Süleymanın oturduğu masaya yaxınlaşır.

Fəxri Süleymanla Vüqarı tanış edir və Vüqara Süleymanın Nərgiz müəllimənin oğlu olduğunu deyir. Vüqar isə Süleymana qəribə tərzdə “Mən sənin ananı yaxşı tanıyıram” deyir və oradan uzaqlaşır.

Süleyman yaşadığı mənzilə doğru addımlayarkən yolboyu Vüqarın dediyini fikirləşir, onun işlətdiyi cümləni anasına edilən təhqir olaraq anlayır.
Süleyman Yeni il gecəsi içki düşkünü olduğu zamanlarda gəldiyi məkana gəlir. Məkanın sahibi Leyla ilə Süleyman spirtli içki içərək söhbət edir, köhnə günlərdən danışırlar.

Bu vaxt içəri Vüqar daxil olur və Süleymanla salamlaşmadan masaların birində əyləşir. Vüqarın kafeyə gəlişi Süleymanı əsəbləşdirir. Vüqar dostu ilə oturub içki içir.

Musiqinin sədası ilə Vüqar ayağa qalxır, rəqs edərmişcəsinə əllərini havaya qaldırır. Bu vaxt onun yanındakı masanın arxasında əyləşən Süleymana “Qalx ayağa gəl oyanayaq” deyir. Süleyman hirsini boğaraq ayağa qalxır və “Məni tanıdın? Mənim anam Nərgiz müəllimə barədə nə demək istəyirdin?” sualını verir.

Öz əyləncəli ab-havasında olan Vüqar isə Süleymanın anasını söyüşlə təhqir edir və aşağılayıcı bir tərzdə onu itələyir. Süleyman kafedən bıçaq götürürüb Vüqara tərəf gəlir. Bu zaman Vüqar Süleymanın üzərinə hücum çəkir.

Aralarında yaranan mübahisədən sonra Süleyman bıçaqla Vüqara ard-arda zərbə yetirərək onu qətlə yetirir./Baku TV


Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024