Elşad Abdullayevin Sarkisyanın qohumu ilə iş birliyində olması iddia edilir - SENSASİON SƏNƏDLƏR
Beynəlxalq Universitetin sabiq rektoru, Fransada məskunlaşan Elşad Abdullayevin oğlunun və özünün ermənilərlə iş birliyində olması ilə bağlı yenidən məlumatlar yayılıb.
Yayılan məlumatda iddia olunur ki, Elşad Abdullayevin oğlu, Rusiya Federasiyasında yaşayan və biznes fəaliyyəti ilə məşğul olan Elşən Abdullayevin Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın yaxın qohumu Susanna, eləcə də sözügedən ölkənin Rusiyadakı sabiq səfiri Qarik Meliksetyan ilə ticarət əlaqələri mövcuddur.
İddia olunur ki, E.Abdullayev ötən müddətdə Susanna ilə birgə Azərbaycanın işğal olunmuş ərazilərində torpaq sahələrinin alqı-satqısı ilə məşğul olublar. Bununla əlaqədar, E.Abdullayev tərəfindən 2014-cü ildə qarşı tərəfə 4.500.000 (dörd milyon beş yüz min) rubl məbləğində pul vəsaiti ödədiyinə dair notarial qaydada müqavilə bağlanıb.
Qeyd olunanlarla bağlı yayılan sənədləri aşağıda təqdim edəcəyik.
Ondan öncə xatırladaq ki, Elşad Abdullayevin adı uzun müddətdir ki, bu məsələdə hallanır. Onun ermənilərlə biznes əlaqələri barəsində ölkə mediasında məqalələr hələ 7 il öncə dərc edilib. Ancaq o zaman irəli sürülən iddialara dair sənədlərin fotosu yayılmayıb.
2017-ci ildə moderator.az saytında verilən yazıda qeyd olunub ki, Elşən Abdullayevlə Bakıda doğulmuş, erməni əsilli Şaxramanova Susanna Şaqenova arasında imzalanmış bir neçə müqavilə sənədləri üzə çıxıb.
Sayt yazır: “Sənədlərdə qeyd olunur ki, 1987-ci il təvəllüdlü Abdullayev Elşən Elşad oğlu ona məxsus Moskva şəhəri, Lenin rayonunda yerləşən obyekti Şaxramanova Susanna Şaqenovaya arendaya verir. Müqavilənin müddəti 10 aprel 2015-ci ildən 2017-ci ilin aprelinə qədər nəzərdə tutulub. Müqaviləyə əsasən 225,5 kvm olan obyektə görə qarşı tərəf ayda 50 000 rubl (təxminən 1500 manat) ödəyəcək".
Həmin zaman Elşad Abdullayev məsələ ilə bağlı Musavat.com-a açıqlama verib. Açıqlamasında Abdullayev belə bir əlaqələrinin olmadığını bildirib:
“Bizim ermənilərlə iş birliyində olmağımız haqqında məlumatlar həqiqətə uyğun deyil. Biz heç bir erməni ilə iş birliyində olmamışıq, mən özümə bəraət qazandıran insan deyiləm də. Bizim alnımız açıq, üzümüz də ağdır”.
E.Abdullayev yayılan sənədlərdə adı çəkilən erməni əslli Susanna Şaxramanova haqda bunları deyib:
“Əvvəla, biz Bakıda doğulmuş Şaxramanova Susanna Şaqenova ilə işbirliyində olmamışıq, onu tanımıram da. Bu səbəbdən də mən Moskvada olan hüquqi nümayəndəmdən xahiş etdim ki, həmin şəxs haqqında mənə yazılı məlumat versin. O da mənə onun rus dilində əl yazması şəkilində bəyanatını göndərdi. Şaxramanova Susanna bəyan edib ki, Elşad Abdullayevlə biznesi yoxdur, məni tanımır, heç bir vaxt görməyib və Rusiya Federasiyasında heç bir biznes əlaqəsi yoxdur. Onu da bildirib ki, kommersiya məsələləri üzrə yeganə əlaqə saxladığı azərbaycanlı şəxs Fuad Rzayevdir”.
İndi isə sözügedən məsələ ilə bağlı sənədlər və müqavilələr yayılıb. Həmin müqavilələrə əsasən əlaqələrin mövcudluğu iddia olunur.
Onları təqdim edirik:
Onu da qeyd edək ki, məsələ ilə bağlı yenə də qarşı tərəfi dinləyib, mövqeyini dərc etməyə hazırıq./musavat.com
Digər xəbərlər
Tarix: 07-01-2024 16:40 | Bölmə: Sosium | Baxış: 87

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024