HƏKİMLƏRƏ ƏLAVƏ 100 MİLYON XƏRCLƏNƏCƏK - Kimlərin maaşı, nə qədər artacaq?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sədri Zaur Əliyev bu günlər Azərbaycanda tibb işçilərinin maaşlarının artırılacağını bildirib.
Onun sözlərinə görə, 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əmək haqları minimum 1000 manat olacaq. Sədrin vurğulamasına görə, onlardan 17 ixtisasda artım iki dəfəyə təşkil edəcək.
Artım 8 minə yaxın həkimə şamil olunmalıdır. Söhbət bu agentliyə aid tibb müəssisələrində çalışan həkimlərdən gedir. Bəs həmin agentliyə aid müəssisələrdə çalışan qalan həkimlərin? Üstəlik, onlar üçün bu əməkhaqqı kifayətdirmi?
İTSDA-dan "Turan"a deyilib ki, sözügedən artımların məqsədi tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətlərin vətəndaşlara əlçatanlığını təmin etməkdir: "17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım iki dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90 faiz arası dəyişəcək".
Məlumata görə, bundan öncə agentlik dörd dəfə əməkhaqqını qaldırıb: "Amma nəticə etibarilə həkimlərimizin əvvəlki maaşları o qədər aşağı olub ki, biz istədiyimiz məbləği təmin edə bilmirdik. Ona görə də agentliyin idarə heyəti qərara gəldi ki, həmin 31 ixtisas üzrə əmək haqları qaldırılsın. Ən aşağı alan həkim net şəkildə 1000 manat alsın. Bunun üzərinə digər əlavələr da gələcək. Məsələn, gecə növbəsi, elmi adı, işin çətin şəraiti və s.".
Vurğulanıb ki, siyahıda həkim-cərrahlar və təcili tibbi yardım stansiyalarının həkimləri yoxdur: "Onlar bonus sistemi ilə işləyirlər. Bonus sisteminin üstünlüyü ondan ibarətdir ki, hər bir həkim əməliyyat etdiyi saya görə əlavə vəsait alır. Cərrahlarımız kifayət qədər böyük məbləğdə bonuslar alır. Təcili tibbi yardım stansiyalarının həkimlərinə gəlincə, onlar onsuz da əməkhaqqını ikiqat məbləğdə alırdı və onların əməkhaqqısı 1000 manatı keçirdi".
Dəyişikliklərin 2022-ci il iyunun 1-nə kimi qüvvəyə minməsi nəzərdə tutulur və illik əlavə maliyyə xərci təqribən 100 milyon manat təşkil edir.
Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də "Azadlıq" radiosuna bildirib ki, bəzi ixtisaslar üzrə həkimlərin aylıq əmək haqlarının artırılması təqdirəlayiqdir: "Lakin, necə deyərlər, "ilan vuran ala çatıdan qorxar". Koronavirus pandemiyası dövründə tibb işçilərinə söz verdilər ki, aylıq əmək haqlarınıza üç-beş qat əlavələr ediləcək. Təəssüflər olsun ki, bunun təsdiqini görmədik".
O qeyd edib ki, tibb işçiləri təkcə həkimlərdən ibarət deyil: "Çoxlu sayda tibb bacıları, eləcə də digər tibb işçiləri-köməkçi, texniki tibbi heyət var. Bu artımlar onların əmək haqqında öz ifadəsini necə tapacaq, bəlli deyil. Tibbi xidmət komanda işidir, tək həkimdən asılı deyil".
Press-fakt.com
Digər xəbərlər
Tarix: 04-05-2022 19:15 | Bölmə: Sosium | Baxış: 124

Xəbəri paylaş
Digər xəbərlər
30-03-2024, 23:55
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
30-03-2024, 23:50
Ermənistanın “dost”ları kimlərdir? - VİDEO
30-03-2024, 23:45
“RUSİYADA VƏZİYYƏT DRAMATİK DƏRƏCƏDƏ AĞIRDIR...”- “Ölkəni Avropadan ayırmaq böyük fəlakətdir”/Müsahibə
30-03-2024, 21:10
Aİ Türkiyənin aviaşirkətinə onun ərazisi üzərindən uçmağı qadağan etdi
30-03-2024, 21:05
"Crocus City Hall"dakı terror aktında yaralı sayı 695-ə çatıb
30-03-2024, 20:30
Səlcuq sultanlarının DNT analizi üzrə heykəlləri hazırlandı - FOTO
30-03-2024, 20:07
Rusiya ilk dəfə bu bombadan istifadə edib - Böyük dağıdıcı gücə malikdir
30-03-2024, 20:00
“Türkiyə Ukraynaya silahlar verəcək”- ”Aydınlıq” nəşri
30-03-2024, 19:25
Erməni siyasətçi Tacikistan və Qırğızıstanı TƏHQİR ETDİ: “Bədbəxt ölkələrdir”- VİDEO
30-03-2024, 18:00
“Rusiya cəmiyyəti benzinsiz, dizelsiz yaşamağı öyrənməlidir - Bu, ədalətlidir”- Zelenski
30-03-2024, 17:45
“AVRO-2024”-ə DRONLARLA TERROR HÜCUMU OLA BİLƏR - “BİLD”
30-03-2024, 17:30
DİN vətəndaşlara müraciət etdi: "Saxta elektron sikkələr sataraq..."
30-03-2024, 17:25
Türkiyə ABŞ-dan F-16-ların tədarükünü azalda bilər
30-03-2024, 17:15
“ABŞ yardımının gecikməsi Ukraynaya baha başa gəlir”- Zelenski
30-03-2024, 17:00
Taciklər kütləvi şəkildə Rusiyanı tərk edir - “Vətəndaşlarımız panika, qorxu içindədir..."
30-03-2024, 16:45
“İRAN HÖKUMƏTİ ÖZ NÜVƏ POTENSİALINI ARTIRIR”- "Təftişə icazə vermirlər”- Rafael Qrossi
30-03-2024, 16:30
İrəvanın "şıltaqlığına" Kremlin səbrlə “dözməsi”nin səbəbi nədir?- Ekspert AÇIQLADI
30-03-2024, 16:15
İranda hicabı tənqid edən güneyli müəllimə həbs cəzası verildi
30-03-2024, 15:45
Əskipara kəndinə xüsusi polis qüvvələri göndərildi...- "İzah edirlər ki, bu, onlara kömək etmir, əksinə, zərər verir"
30-03-2024, 15:30
STALİNİN QIZINI SEVƏN KAPLER - Sovet lideri ona ingilis casusu damğası vurdu, amma...
30-03-2024, 15:25
İŞİD sözçüsü Rusiyadakı terrordan sonra müraciət yayıb - “Vilayəti-Xorasan”a təşəkkür
30-03-2024, 15:15
Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir
30-03-2024, 15:00
Jurnalistlər “Crocus”da terror aktının sponsorlarına məxsus kriptopulqabı tapıblar
30-03-2024, 14:45
“RUSİYA ORDUSU İRƏLİLƏYİR" - "Ukrayna müqavimət göstərə bilməyəcək”
30-03-2024, 14:15
Türkiyədə “sükut günü”dür - Xəbər, proqnoz və şərh vermək qadağandır
30-03-2024, 14:00
HƏYAT YOLDAŞI GENERALI MƏHKƏMƏYƏ VERDİ - FHN-də növbəti qalmaqal
30-03-2024, 13:55
İsrail Qəzzanı bombalayıb - Xeyli sayda insan həlak olub
30-03-2024, 13:50
Britaniya ordusunda 100 illik qadağa ləğv edildi: Saqqal saxlamaq olar
30-03-2024, 13:15
Ermənistanın Rusiyaya ixracı 3 dəfə artıb - İrəvanın Moskvaya dəstəyini Aİ də təqdir edir?
30-03-2024, 13:00
Fazil Mustafaya sui-qəsdlə bağlı növbəti məhkəmə - Şahidlər ifadə verdi
30-03-2024, 12:55
“ABŞ-ın dəstəyi olmasa, Ukrayna ordusu geri çəkiləcək”- Zelenski
30-03-2024, 12:40
DƏRMANLAR KƏSKİN BAHALAŞIB - Qiymətləri kimlər artırır? /VİDEO
29-03-2024, 23:00
Azərbaycanda narkotikə görə 7 il həbsə alınan 32 YAŞLI QADIN DANIŞDI: “Rəfiqələrimin günahıdır..."- VİDEO
29-03-2024, 22:50
“ABŞ-ın Ukraynaya ümumi yardımı 113 milyard dolları ötür”- “Fox News”
29-03-2024, 22:35
Yalnız “qadınlardan” ibarət olan “TROLL FABRİKİ”ni NAZİRLİKLƏ NƏ BAĞLAYIR?- FOTOFAKT
29-03-2024, 22:22
İran səfirinin Azərbaycanda diplomatik missiyası başa çatıb
29-03-2024, 22:00
"Rusiya Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək"- Sırski
29-03-2024, 21:55
"Qarabağ" sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib
30-03-2024
29-03-2024