«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Mən, vətəndaş, kimlərinsə maaş alması üçün niyə əlavə vergi ödəməliyəm ki?”

Tarix: 09-01-2024 18:55 | Bölmə: Sosium | Baxış: 92



“İki gün öncə “Azparking” MMC-nin fəaliyyətini haqlı tənqid etmişdim”.

Bu barədə ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında məlumat yayıb.

Eskpert bildirib ki, “Yeni Müsavat” qəzetinin əməkdaşları sualları qurumun təsisçisi olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucova ünvanlayıblar:

“Cavabdan da aydın olur ki, AYNA və “Azparking” MMC-nin rəhbərliyi bu işin fəsləfəsini, məğzini bilmirlər, hətta qanuniliyi şübhəli olan fəaliyyətlə məşğuldurlar. 

Tural müəllim deyir ki, sürücülər həm DYP, həm də AYNA tərəfindən cərimələnə bilər. Amma “Azparking” şirkətdir, MMC-dir, təsisçisi dövlət quruçu olan kommersiya təşkilatıdır, kommersiya təşkilatının əsas qayəsi pul qazanmaq olduğu üçün onlar cərimələyən qurum ola bilməz, hətta elə bir qərar varsa, qanunsuzdur, ləğv edilməlidir.

Tural Orucovun sözlərinə görə, yığılan vəsaitin xərc qaydaları var, həmin qaydalarda deyilir ki, Nazirliyə daxil olan vəsaitin 50%-dək, Agentliyə daxil olan vəsaitin isə 30%-dək hissəsi işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün xərclənir”.

Cəfərli qeyd edib ki, bu halda AYNA və qurum cərimələrin yazılmasında maraqlıdırlar:
“Bu rəzalətdir, belə çıxır ki, AYNA və onun təsis etdiyi kommersiya qurumu cərimələrin yazılmasında maraqlıdırlar, kommersiya qurumuna belə maraq yaratmaq olmaz, bir daha – kommersiya qurumunun məqsədi gəlir götürməkdir, gəlirini cərimə ilə təmin edirsə, aşırı maraq yaranır, bu qeyri-qanunidir.

Bunu da qoydum kənara – mən parklanma üçün pul ödəyirəm ki, şəhərin infrastrukturuna xərclənsin, bu vergi növüdür, xaricdə bu vergini Bələdiyyələrə ödəyirsən, onlar da seçilmişlər olduğu üçün seçənlərin marağına görə davranıb, xərclərini elə planlayırlar. 

Yaxşı, mən MMC işçisinin gəlirlərinin artması üçün niyə pul verməliyəm ki?! Əgər onların marağı cərimələrin çox olmasıdırsa, deməli işlərini də cərimələrin qarşısını alacaq şəkildə deyil də, daha çox qayda pozuntusunun olmasına görə quracaqlar – mən, vətəndaş, kimlərinsə maaş alması üçün niyə əlavə vergi ödəməliyəm ki?!

Mən Böyük Şəhər Bələdiyyəsi, seçilmiş şəhər hökuməti istəyirəm, pulu da onlara sevə-sevə ödəməyə hazıram, təyinedilmişlərin maaş və gəlirlərinin artması üçün ödəniş etmək istəmirəm!”

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024