«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Almaniyada kütləvi etiraz - yüz minlərlə insan küçələrdə

Tarix: 22-01-2024 19:05 | Bölmə: Sosium | Baxış: 155



Almaniyada ifrat sağçılar və sağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyasına qarşı kütləvi etirazlar ikinci həftədir ki, davam edir.

Xarici KİV xəbər verir ki, yüz minlərlə insanın iştirak etdiyi nümayişlər jurnalistlərin neonasistlərlə AfD-nin yüksək rütbəli nümayəndələri arasında keçirilən gizli görüşdən xəbər tutmasından sonra başlayıb.

Söhbət yanvarın 10-da dərc olunan “Correctiv” nəşrinin materialından gedir. Orada jurnalistlər 2023-cü il noyabrın 25-də Potsdam yaxınlığındakı bir oteldə AfD nümayəndələrinin, bəzi iri iş adamlarının, ifrat sağçıların və neonasistlərin iştirak etdiyi gizli toplantı keçirildiyini bildiriblər. İddia edilir ki, görüşdə milyonlarla insanın Almaniyadan çıxarılması planları müzakirə olunub.

Nəşr bütün Almaniyada ifrat sağçılara qarşı kütləvi etirazlara səbəb olub. İlk etiraz aksiyaları yanvarın 14-də “Demokratiyanı müdafiə et” şüarı altında keçirilib. Oxşar tədbir Potsdamda baş tutub və tədbirdə Almaniya kansleri Olaf Şolz və xarici işlər naziri Annalena Bärbok iştirak ediblər. Nazir qeyd edib ki, etirazçılar demokratiya tərəfdarı, köhnə və yeni tipli faşizmə qarşıdırlar.

Etirazlar sonrakı günlərdə də davam edib. Ən böyük aksiyalardan biri yanvarın 19-da Hamburqda keçirilib. Polisin məlumatına görə, mitinqə 50 minə yaxın adam gəlib.

Yanvarın 20-də Almaniyanın 100 yaşayış məntəqəsində nümayişlər keçirildi, ümumilikdə, müxtəlif hesablamalara görə, 100 mindən 300 minə qədər insan iştirak edib. Etiraz aksiyaları Frankfurt-na-Mayn, Berlin, Köln, Münhen, Hannover, Dortmund, Nürnberq və digər şəhərlərdə keçirilib.

Berlində polisin hesablamalarına görə, bazar günü, yanvarın 21-də Bundestaq binası yaxınlığında keçirilən mitinqə 100 minə yaxın adam gəlib. Münhendə çoxminlik aksiya keçirilib - polisin məlumatına görə, aksiyada 80 min, təşkilatçılar isə təxminən 200 min nəfərin iştirak etdiyini bildiriblər.

“Correctiv” nəşrinin üzə çıxmasından sonra Almaniyada bir sıra siyasətçilər paryiyanın qadağan edilməsinə çağırıblar. Almaniyada partiyanı qadağan etmək üçün Konstitusiya Məhkəməsinə müraciət etmək lazımdır. Konstitusiyaya görə, “azad demokratik quruluşun əsaslarına xələl gətirməyə və ya aradan qaldırmağa çalışan və ya Almaniya Federativ Respublikasının bütövlüyünü təhdid edən partiyalar
konstitusiyaya ziddir”.

Press-fakt.com

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024