«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
“Putinin siyasəti Rusiyanın dağılmasına aparır...”- İrəvana qaçan rus mühacirlər

Tarix: 25-01-2024 11:50 | Bölmə: Sosium | Baxış: 96
“Putinin siyasəti Rusiyanın dağılmasına aparır...”- İrəvandakı rus mühacir...

“Ermənistanda özümü tam təhlükəsiz hiss edirəm. Həm daxili təhlükəsizlik nöqteyi-nəzərindən, həm də siyasi baxımdan...”
 
Xəbər verildiyi kimi, bazar günü-  yanvarın 21-də İrəvanda rusiyalı mühacirlər Rusiyadakı siyasi məhbuslara dəstək və Putin rejiminə qarşı etiraz aksiyası keçirib. 
 
Hadisə yerinə baş çəkən “Kavkazski uzel” nəşrinin müxbiri aksiyanın iştirakçılarıyla ünsiyyətdə olub.
 
Aksiya iştirakçısı İqor bildirib ki, o, təxminən iki il əvvəl, Rusiyanın Ukraynada hərbi əməliyyatları başlayandan dərhal sonra Rusiyadan Ermənistana köçüb. İnformasiya texnologiyaları sahəsində çalışır. 
 
"Aksiyada iştirak etməyimin əsas motivi odur ki, "yoldaş”ın (Putin- S.L.) getməsinin vaxtıdır tələbini dəstəkləməkdir. Onun siyasəti ölkənin dağılmasına gətirib çıxarır.

Düzdür, mitinqlərlə nəyəsə nail olmaq çətindir; bu, daha çox mitinq nümayişidir - başqa heç nə... Çünki biz Rusiyada baş verənlərə uzaqdan təsir edə bilmərik. Mənim iştirakım fikir ayrılığı və narazılığın nümayişidir”,- deyə o, müxbirə söyləyib.
 
İqor Ermənistanda özünü təhlükəsiz hiss etdiyini də qeyd edib. 
 
"Burada öz fikrini bildirmək təhlükəsizdir. Bu, mənim mühacirlik dövründə ikinci etiraz aksiyamdır. Ermənistan təhlükəsizlik qüvvələri özlərini çox düzgün, korrekt aparırlar. Rusiyada bunu ancaq xəyal etmək olar. Orada hamını çoxdan dustaq maşınlarına yığardılar", - rus mühacir belə deyib.
 
"Rusiyada son iki onillikdə ictimai ifadə imkanları daralıb, lakin öz vətəndaş mövqeyini və azadlıq istəyini müdafiə etməyə davam etmək vacibdir", - Moskvadan Ermənistana mühacirət etmiş mədəniyyət eksperti, kulturoloq Olqa deyir. 
 
"Ermənistanda belə bir imkan var. Aksiyalarda iştirak Rusiya ilə əlaqəni kəsməmək, situasiyanı dəyişmək çabalarına qatılmaq cəhdidir. Aksiyanın yeri də çox simvolikdir - Rusiya səfirliyinin yaxınlığında.

Oradakılara əl yelləmək və ya başqa jest göstərmək imkanı var... Biz varıq, biz kifayət qədər çoxuq və müqavimət göstərməyə və etiraz etməyə hazırıq”, – deyə o, vurğulayıb.
 
Olqa təxminən iki il əvvəl Ermənistana köçüb. 
 
"Ukraynada [hərbi əməliyyat] başlayandan sonra bir çox fəaliyyətlərim dayandı.

Mən "Memorial" hüquq-müdafiə təşkilatında işləyirdim, Şaninkadakı Moskva Ali Sosial və İqtisadi Elmlər Məktəbi və Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasıda dərs dedim.

Ermənistana köçdükdən sonra bir müddət hələ də distant  dərs deyirdim. Amma yayda əməkdaşlığımı  dayandırdılar. İndi isə sosial-mədəni tədqiqat layihələri ilə məşğulam, həm də erməni media mədəniyyətinə nəzər salmağa çalışıram”.
 
Olqanın sözlərinə görə, o, Ermənistanda özünü tam təhlükəsiz hiss edir. 
 
"Həm daxili təhlükəsizlik nöqteyi-nəzərindən, həm də siyasi baxımdan. Mən şayiələr eşitdim ki, Rusiya xüsusi xidmət orqanlarının Ermənistanda təsiri böyükdür və Kreml yönümlü təbliğat çoxdur.

Amma bu, qorxulu deyil, hətta daha çox ictimai fəallığa həvəsləndirir”, - deyə İrəvandakı rus mühacir vurğulayıb.
 
Sultan Laçın

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024