«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Hakimiyyət vətəndaş cəmiyyəti arasında "casuslar" və "satqınlar" axtarır - "qorxu xofu yaratmaq istəyirlər..."

Tarix: 31-01-2024 14:45 | Bölmə: Sosium / Rezonans | Baxış: 143
Hakimiyyət vətəndaş cəmiyyəti arasında "casusları" və "satqınları" axtarmağa davam edir

Yanvarın 30-də iki hökumətyönlü saytda (Qafqazinfo.az, Oxu.az) Abzas-Media internet nəşri, Toplum.tv internet televiziyası və Bakı Jurnalistika Məktəbi ilə bağlı ittihamedici məqalələr dərc edilib.

Eyni zamanda, Jurnalistləri Müdafiə Komitəsi (ABŞ) və fevralın 7-də prezident seçkiləri zamanı "təxribatlara" hazırlaşan və bu məqsədlə Azərbaycanda vətəndaş cəmiyyətini maliyyələşdirən digər qərb institutları da tənqidə məruz qoyulub. 

Qafqazinfo.az saytında anonim məqalədə bildirilir ki, ABŞ Dövlət Departamenti Xarici Əməliyyatlar və Əlaqədar Proqramları üzrə Qlobal Media Agentliyinə (USAGM) illik maliyyə ayırır.

USAGM isə öz növbəsində, qrant ayırmaları adı ilə OTF (Açıq Texnologiyalar Fondu) adlı təşkilatı  maliyyələşdirir. OTF isə Azərbaycanda adı çəkilən ictimai qurumlara qrantlar ayırır.

Hər iki məqalədə bütün bu fəaliyyəti Toplum.TV-nin rəhbəri Xədicə İsmayılın, AİW-nin (Azerbaijan Internet Watch) rəhbəri Arzu Qeybullanın, III Respublika Platformasının spikeri Akif Qurbanovun əlaqələndirdiyi iddia olunur.

Bu ittihamları şərh edən Akif Qurbanov Turan Agentliyinə bildirib ki, onun ünvanına deyilənlərin heç bir əsası yoxdur.

"Guya bu yazılarla bizi qorxu altında saxlamaq istəyirlər. Şəxsən məni yox, daha çox bizimlə ünsiyyətdə olan insanları qorxu altında saxlamaq istəyirlər.
Sadəcə olaraq bizimlə cəmiyyətin geniş ünsiyyət qurmasına mümkün qədər baryer yaratmaq istəyirlər. Ümumiyyətlə isə cəmiyyətdə xofu artırmaq məqsədi daşıyır",
deyə o bildirib.

Qurbanov hesab edir ki, hökumət öhdəliklərini yerinə yetirmək əvəzinə öz tənqidçilərini susdurmaq məqsədi daşıyan bu cür yazılar dərc etdirməklə insanların düşüncəsini qarışdırmağa çalışır.

"Əgər rəsmi ittihamları varsa, buyurub irəli sürsünlər. Yazılan məqalələr hər hansı bir fakta söykənmir".

Qurbanov həmçinin hökumətin diqqətinin jurnalist araşdırmalarında yer alan korrupsiya faktlarına yönəlməli olduğuna diqqət çəkib.

Öz növbəsində, Toplum.tv-nin rəhbəri Xədicə İsmayıl bildirib ki, o qanunsuz işlər görmür. "Bunların hamısı uydurmadır. O uydurmalara xərclənən vəsait ki var, heç olmasa keyfiyyətli bir yalan uydursunlar",- deyə o qeyd edib.

"Məsləhətləşib baxacağıq ki, bununla bağlı məhkəməyə müraciət edək, ya yox. Sadəcə yazılanalar o qədər yalandır, o qədər boş şeylərdir ki, adam enerjisini belə şeylərə sərf etmək istəmir",- deyə o əlavə edib./Turan

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024