«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Nigeriyada 88,4 milyon insan ifrat yoxsulluq həddində yaşayır

Tarix: 08-02-2024 11:55 | Bölmə: Sosium | Baxış: 116



Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada 88,4 milyon insan ifrat yoxsulluq içində yaşayır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin katibi Temitope Fadeşemi ölkədəki yoxsulluq səviyyəsinin həyəcanverici olduğunu vurğulayıb.

Fadeşemi, 2022-ci ilə qədər dünya əhalisinin ifrat artıq yoxsulluq içində olan dünya əhalisinin 12,9 faizinin Nigeriyada yaşadığını qeyd edib.
Hakimiyyətin ölkədə yoxsulluqla mübarizədə mühüm addımlar atdığını deyən Fadeşemi hökumətin fermerlərlə əməkdaşlıq çərçivəsində müxtəlif proqramlar təşkil etdiyini bildirib.

Afrika qitəsinin zəngin neft və təbii qaz ehtiyatlarına malik olan Nigeriyada gəlir bərabərsizliyi, “Boko haram və digər silahlı dəstə üzvlərinin hücumları kimi problemlər ölkə iqtisadiyyatına mənfi təsir göstərir.

İqtisadi böhran və təhlükəsizlik problemləri səbəbilə çətin şəraitdə yaşayan bəzi nigeriyalılar daha yaxşı həyat ümidi ilə qeyri-qanuni yollarla Avropaya getməyə çalışırlar.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024