«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Daha bir milyarder Rusiya vətəndaşlığından imtina etdi - Onların sayı 7-yə çatdı...

Tarix: 08-02-2024 14:45 | Bölmə: Sosium | Baxış: 103



Tanınmış rusiyalı milyarder Əlişir Usmanovun keçmiş ortağı, biznesmen Vasili Anisimov Ukraynada müharibə başlayandan sonra Rusiya vətəndaşlığından imtina edən yeddinci rusiyalı milyarder olub. 

Anisimov “Forbes”-ə təqdim etdiyi sənədlərdə hələ 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina etdiyini qeyd edib.

Lakin bununla bağlı məlumat yalnız indi açıqlanıb.

Hazırda İsveçrədə yaşayan iş adamı Dominikan və Xorvatiya vətəndaşlığına malikdir. Anisimovun özü jurnala bildirib ki, Rusiyada artıq heç bir aktivi yoxdur.

“Forbes”-in məlumatına görə, Anisimov 1,6 milyard dollar sərvətə malikdir. Milyarderin Qazaxıstanda və Afrikada biznesləri var. 2022-ci ildə o, BƏƏ-də daşınmaz əmlakla məşğul olub.

“Forbes” siyahısındakı milyarderlər də daxil olmaqla çoxlu sayda iş adamı Rusiyanın Ukraynaya hücumundan sonra Rusiya vətəndaşlığından imtina edib.

Onların arasında DST Global investisiya şirkətinin təsisçisi Yuri Milner (7,3 milyard dollar), Revolut-un yaradıcısı Nikolay Storonski (7,1 milyard dollar) və digərləri də var./azpolitika

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024