«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Ermənistanda iqtidarla müxalifət arasında Konstitusiya davası - İctimai müzakirələr qızışır

Tarix: 10-02-2024 15:00 | Bölmə: Sosium | Baxış: 116


Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı daxili müzakirələr qızışır. Rəsmi Bakı Ermənistanın Müstəqillik Bəyannaməsi və Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu əsas gətirərək İrəvanın dayanıqlı sülh prosesinə hüquqi və siyasi baxıdan hazır olmadığını bəyan edir. 

Prezident İlham Əliyev fevralın 1-də qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir. Öz növbəsində bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur.

Yeri gəlmişkən o vaxt ən ali instansiya olan SSRİ Ali Soveti sözü gedən aktı dərhal ləğv etmişdi.

Bundan başqa 1995-ci ildə qəbul edilmiş indiki Ermənistan Konstitsuiyasının preambul hissəsində dünya birliyinə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrin “erməni soyqırımı” kimi tanınmsına çağırış edilir.

Ermənistanda hakim komandanın üzvləri Konstitusiyanın və dövlət atributlarının dəyişdirilməsi ilə bağlı ictimai müzakirələrə start veriblər.

Nikol Paşinyan bu həftənin əvvəlində Bakı və İrəvan arasında sülh müqaviləsində artıq razılaşdırılmış maddədən danışmışdı: "Sülh müqaviləsinin bir razılaşdırılmış maddəsi var.
Orada deyilir ki, tərəflər bu müqavilənin öhdəliklərini yerinə yetirməmək üçün özlərinin heç bir qanunvericilik aktına istinad edə bilməzlər”.

Paşinyan ötən həftə yenə də indiki Konstitusiyanı tənqid etmiş və bildirmişdi ki, bu müddəalar əsas qanunda qaldıqca Ermənistan və Azərbaycan arasında heç vaxt sülh olmayacaq.

Daşnaksutyun partiyasından millət vəkili Geğam Manukyan fevralın 9-da parlamentdə deyib ki, Ermənistan ölkə Konstitusiyasından yüksəkdə olan hər hansı sənədi imzalaya bilməz.

Belə görünür ki, Manukyan “sənəd” deyəndə ilk növbədə Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsini nəzərdə tutub. 

O deyib ki, Nikol Paşinyanın hökuməti Azərbaycanın tələbi ilə Konstitusiyanı məhz bu məqsədlə dəyişməyə çalışır. Manukyan bildirib ki, hakimiyyət Konstitusiyadan Qarabağa aid müddəanın çıxarılmasını istəyir.

Manukyan isə deyib ki, konstitusiyadan onun Qarabağın Ermənistana birləşdirilməsini ehtiva edən sənədə istinad çıxarıldıqdan sonra Konstitusiya Məhkəməsi Azərbaycanla müqavilənin ana qanuna uyğunluğu məsələsini sual edə bilməyəcək.

Müxalifətçi deputat iddia edib ki, Konstitusiya Məhkəməsinin qərarına görə Konstitusiyanın birinci maddəsi – preambulu heç referendum vasitəsilə də ləğv oluna bilməz.

Hakim partiyadan deputat Vladimir Vardanyan isə deyib ki, hər hansı beynəlxalq sənəd imzalanandan, Konstitusiya Məhkəməsi tərəfindən bəyan edildikdən və Milli Məclis tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minir.

Amma Vardanyan vurğulayıb ki, beynəlxalq müqavilələr və milli qanunlar tamamilə əlahiddə sferalarda qüvvəyə malikdirlər. O qeyd edib ki, bu məsələyə belə diqqət verilməsi, bir daha beynəlxalq qanundan aralanmaq cəhdidir.

Beynəlxalq hüquq eksperti Ara Hzmalyan bu barədə deyib: “Bu, beynəlxalq qanunun əsas prinsipidir ki, hər hansı dövlət beynəlxalq razılaşma üzrə öhdəliklərini yerinə yetirməmək məqsədilə, Konstitusiya da daxil yerli qanunlara istinad edə bilməz.

Amma bu da faktdır ki, hər bir beynəlxlaq razılaşma ratifikasiya olunmalıdır və o Konstitusiyaya ziddirsə ratifikasiya oluna bilməz”.

Qeyd edək ki, Ermənistanda bu barədə qızğın mübahisələrin getməsinə rəğmən ölkənin yeni Konstitusiya layihəsinin təqdim edilib-edilməyəcəyi məlum deyil./azpolitika

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024