«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Millət vəkilinin qızı “Şipşirin” müğənni ərindən boşanıb?.. - İDDİA

Tarix: 17-02-2024 00:55 | Bölmə: Sosium | Baxış: 131


Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızının boşandığı ilə bağlı xəbərlər yayılıb.

Məlumatlara görə, millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı “Şipşirin” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nikahın pozulması məqsədilə Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir-neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edildiyi bildirilib.

Məhkəmənin qərarı ilə Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasındakı rəsmi nikahın ləğv edildiyi iddia olunur. 

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Elçin Cəfərovla əlaqə saxlayıb. 

Sənətçi “Bu, yanlış informasiyadır. Biz boşanmamışıq. Yayılan xəbərlərlə bağlı araşdırma aparacağam. Hazırda bu işlə məşğulam” , - deyə fikrini bildirib. 

Qeyd edək ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nikahdan Can adlı bir oğlu var.

Xəbəri paylaş


Digər xəbərlər
30-03-2024
29-03-2024